Əsas Səhifə > Sosial, Manşet > "Hər ay pensiyamdan 150 manat ödəməliydim ki, dərmanlarımı versinlər..."
"Hər ay pensiyamdan 150 manat ödəməliydim ki, dərmanlarımı versinlər..."9-12-2023, 10:16 |
Göygöl şəhər sakini Museyibov Azay Eldar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həkimlərin qərəzli rəsyi əsasımda onun pensiyası qanunsuz olaraq kəsilib: “Mən, Museyibov Azay Eldar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Məlumat üçün bildirim ki, Birinci Qarabağ Müharibəsinin veteranıyam. 2015-ci ildən haqsız yerə ömürlük pensiyamı dayandırıblar. 2-ci dərəcəli şəkər xəstəliyindən əziyyət çəkirəm, Bakı şəhərində ildə 2 dəfə müalicə alırdım. Lakin buna baxmayaraq, Göygöl Rayon Mərkəzi Xəstəxanasının poliklinikası dərman preparatlarımı qarşılamır. Haqqımı tələb etdiyimə görə, Qələndərova Vüsalə İsgəndər qızı, Əliyev Əlikömək Cəmil oğlu baş həkimlə əlbir olaraq, mənim pensiyamı dayandırdılar. Mən hər ay pensiyamdan 150 manat ödəməliydim ki, dərmanlarımı versinlər. Həmin 150 manatı vermədiyimə görə, mənim pensiyamı kəsdilər. Hörmətli redaksiya! Sizdən xahiş edirəm ki, mənə kömək edəsiniz. Bilirəm, mənim problemim düzələsi deyil, amma bəlkə adını çəkdiyim həkimlərə qarşı bir tədbir görülə”. Mənbə: Hurriyyet.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |