Əsas Səhifə > Sosial, Manşet > Vəhabilərdən yeni gediş - Onlar indi də Abel Məhərrəmovu devirməyə çalışırlar
Vəhabilərdən yeni gediş - Onlar indi də Abel Məhərrəmovu devirməyə çalışırlar25-02-2014, 09:55 |
DİA.AZ: - Son günlər mətbuatda ciddi şəkildə fəallaşan vəhabilər yeni müraciətləri ilə diqqət çəkməkdədirlər. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetində baş qaldıran tələbə etirazlarına xüsusi önəm verməyin lazımlılığı qərarını verən vəhabilər tələbələrə dəstək verilməsi üçün hərəkətə keçiblər. DİA.AZ-a daxil olan məlumatda deyilir: «Bu məqsədlə vəhabilər BDU-da təhsil alan tərəfdarlarına xüsusi göstəriş veriblər. Artıq bu gün səhər saatlarından etibarən vəhabi tələbələr hərəkətə keçiblər. Onlar yeni aksiyaların təyin olunmasını və aksiyaların Abel Məhərrəmovun istefasına qədər davam etdirilməsini təbliğ etməlidirlər». Məlumatda bildirilir ki, vəhabilərin məqsədi istənilən bir prosesdə güc olduqlarını nümayiş etdirməkdir. Xatırladaq ki, son aylarda vəhabilərlə rəsmi dairələr arasında münasibət gərginliyi yaşanılır. Halbuki dünənə qədər onlar məhz ayrı-ayrı məmurların himayəsi altında az qala istədiklərini etməkdə idilər. Hətta vəziyyət o həddə çatmışdı ki, aralarındakı problemləri də silah dili ilə çözməyə qalxırdılar. Bu təhlükəli qüvvənin xətti ilə İraqa, Əfqanıstana, Suriyaya və Pakistana 1000-dən artıq Azərbaycan vətəndaşının göndərildiyi də faktdır ki, artıq Suriya və Əfqanıstan istiqamətindən 100-dən artıq vəhabi azərbaycanlının ölüm xəbərini də eşidirik. Geri qayıt |