Əsas Səhifə > Sosial, Manşet > "Bu operatorları orda niyə oturdururlar mən bilmirəm?"
"Bu operatorları orda niyə oturdururlar mən bilmirəm?"21-12-2023, 11:38 |
“Trendyol”dan alış-veriş edənlərin başı banklarla dərddədir. Ləğv olunan sifarişlərin pulu Türkiyədən geri göndərilsə də, banklar müştərilərə həmin pulu çatdıra bilmir. “Yelo Bank” müştərisinin də şikayəti bununla bağlıdır. Tribunainfo.az xəbər verir ki, “Yelo Bank” sifarişi ləğv edilən Aytən Məmmədovanın pulunu 1 aydan çoxdur vermir. Bu barədə o özü yazıb: “Şikayətim “Yelo Bank”dandır. Bu operatorları orda niyə oturdururlar mən bilmirəm?. Noyabrın 12-si Trendyoldan alış-veriş olub. Həmin gün də sifariş ləğv olunub. Trendyol yazdı ki, pul hesabınıza qaytarıldı. 1 ay 8 gündür ki, bu “Yelo Bank” o məbləğin hara getdiyin tapa bilmir. Nə qəliz işdi ki, bu? Mən özlərinə də bildirdim ki, hesaba 30 azn pul qayıdacaqsa, 15azn-lik kontur gedib, üstəgəldə əsəb, stress”. Mənbə: Tribunainfo.az Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |