Əsas Səhifə > Sosial, Manşet > Ağdamda dövlət tenderlərini KİMLƏR UDUR?

Ağdamda dövlət tenderlərini KİMLƏR UDUR?

27-12-2023, 09:54
Ağdamda dövlət tenderlərini KİMLƏR UDUR?
01.01.2023 – 26.12.2023 tarixləri arasında Ağdam rayonunun müxtəlif dövlət qurumları tərəfindən keçirilən tenderlərin ümumi həcmi 2 984 156 manat olmuşdur.

FED.az
xəbər verir ki, keçirilən tenderləri sayca ən çox udan şirkət "Oskar-Ar" MMC şirkətidir. "Oskar-Ar" MMC Ağdam rayonu üzrə 5 tenderin qalibi seçilib. Şirkətin qalib olduğu tenderlərin ümumi həcmi 696 401 manat təşkil edir.

Qeyd edək ki, "Oskar-Ar" MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Musazadə Vaqif oğludur. Hüquqi ünvanı Az1800, Şirvan Şəhəri, 20 Yanvar, ev 2/7 ünvanında yerləşir.

2-ci sıranı 4 tenderi udmaqla "Luxoil Company" MMC şirkəti tutur. Şirkətin qalib olduğu tenderlərin ümumi həcmi isə 456 446 manatdır.

"Qarabağ Təmir-Tikinti" MMC şirkəti Ağdam keçirilən tenderlərdən üçünü udaraq 3-cü sırada qərarlaşıb. Şirkətin qalib olduğu tenderlərin dəyəri isə 98 227 manat oolmuşdur.

Digər şirkətlər Ağdam rayonu üzrə 2 və daha az tenderin qalibi olub. Daha detallı, qaliblər, məbləğlər, satınalma predmeti, satınalan qurum və tenderlərin tarixləri barəsində məlumat aşağıda təqdim etdiyimiz cədvəldə öz əksini tapmışdır :

Geri qayıt