Əsas Səhifə > Sosial, Manşet > Ağac bəzək bitkiləri Sovxozunda KOLXOZVARİ YEYİNTİ...

Ağac bəzək bitkiləri Sovxozunda KOLXOZVARİ YEYİNTİ...


1-01-2024, 10:26
Ağac bəzək bitkiləri Sovxozunda KOLXOZVARİ YEYİNTİ...
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozu cari ilin oktyabr ayının 6-da "İstixana kompleksinin” tikilməsi işləri" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 989.713 manat, qalibi isə "ATLAS TİKİNTİ QURAŞDIRMA" (VÖEN: 1203296001) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalma müqaviləsinin şərtlərinə görə podratçı təşkilat - "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri sovxozuna dörd ədəd istixana kompleksi inşa edəcək. Həmçinin "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC bu istixana komplekslərini satınalma müqaviləsinə görə istilik və havalandırma sistemləri ilə də təmin edəcək.

Lakin satınalma müqaviləsində inşa ediləcək istixana kompleksinin ölçüləri, sahəsi, hansı materiallardan inşa ediləcəyi barədə məlumat verilmir.

Ağac bəzək bitkiləri Sovxozunda KOLXOZVARİ YEYİNTİ...

Qeyd edək ki, Ağac bəzək bitkiləri sovxozunun bu tenderdə qalib elan etdiyi "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC 2023-cü ilin yanvar ayının 24-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Xəzər rayonu Buzovna qəsəbəsi Natəvan küçəsi ev 21 ünvanı, qanuni təmsilçisi isə İbrahimov Sahib Abdulla oğludur.

Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri sovxozuna 4 ədəd istilik kompleksi inşa edəcək "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC-nin maddi-texniki bazası, müvafiq lisenziyaları, mühəndis heyəti, əmək müqaviləsi ilə çalışan işçiləri, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC-nin qanuni təmsilçisi İbrahimov Sahib Abdulla oğlu "proxy" şəxsdir. Bu təşkilatın Bakı şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərdə uzun illərdir çoxsaylı MMC-ləri qalib edən və bu yolla da külli miqdarda dövlət vəsaitini mənimsəyən qrupa aid olduğu bildirilir.

Qlobal.az məsələ ilə bağlı Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozundan mövqe öyrənə bilməyib.

Sovxozun keçirdiyi satınalmadakı şübhəli məqamlara Bakı Şəhər İcra Hakimiyyəti də mövqe bildirmək istəmədi.

Qlobal.az Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozunun sirafişçi olduğu sözügedən tenderlə bağlı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrənib.

Dövlət Xidmətinin açıqlamasında deyilir:

"Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozu tərəfindən "İstixana kompleksinin tikilməsi işləri"nin satın alınması məqsədilə keçirilmiş müsabiqə "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv edilməsi barədə Dövlət Xidməti tərəfindən satınalınan təşkilata 12.09.2023-cü il tarixli 3-21-1/2-18397/2023 nömrəli məktub göndərilmişdir".

Qeyd edək ki, Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozunun rəisi Rəşad Cavadovdur.

Mənbə: Qlobal.az
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt