Əsas Səhifə > Sosial, Manşet > Naxçıvan təhsilində ƏNDRƏBADİ QAYDALAR...

Naxçıvan təhsilində ƏNDRƏBADİ QAYDALAR...


22-01-2024, 10:46
Naxçıvan təhsilində ƏNDRƏBADİ QAYDALAR...
Naxçıvanın bəzi məktəblərində müəllimlərin intidai sinf şagirdlərinə hazırlıq keçməsi qadağan olunub. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup müəllim və valideyn məlumat verib. Onlar deyir ki, bu addımın atılmasına səbəb, uşaqları yeni açılmış bahalı hazırlıq kurslarına getməyə məcbur etməkdir.
Bundan əlavə, həmin kurslar şəhər və rayon mərkəzlərində olduğundan, kənd məktəblərində oxuyan azyaşlı uşaqların hazırlıq almaq imkanları demək olar ki, əllərindən alınır. Yeni açılan kursların yerli təhsil naziri müavini Elxan Nəcəfovun nəzarətində olduğu bildirilir.
Şərur rayonundakı məktəblərin birində müəllim işləyən N.B. deyir ki, yeni qayda onların əlavə cüzi gəlirlərini də əllərindən alıb, valideynləri çıxılmaz hala salıb:
“ Yeni təqvim ili başlayan kimi Naxçıvan Təhsi Naziri qəribə qərarlar verməyə başlayıb. Bunlardan biri də müəllimlərin dərsdən sonra öz şagirdlərinə hazırlıq keçməsinin qadağan olunmasıdır. Biz valideynlərdən cüzi məbləğ alırdıq, imkansız ailələrdən çox zaman pul tələb etmirdik. Bu həm valideyinə, həm də bizə xeyirli idi. İndi valideynlər məcbur olub, yeni açılan kurslara 2-3 qat artıq ödəməlidir. Bundan əlavə, kıəndlərdəki kasıb ailələrin uşaqlarını kilometrlərlə uzaqda yerləşən kurslara aparmaq imkanları yoxdur”

Naxçıvan təhsilində ƏNDRƏBADİ QAYDALAR...

Valideynlərdən Səlim Qurbanov da həm yeni kursların bahalığından, həm də uzaqda yerləşməsindən şikayət edir:
“İndi biz məcbur qalıb uşaqlarımızı özəl hazırlıq kurslarına göndərməliyik. Mən şəhərdən on kilometr məsafədə kənddə yaşayıram. İki məktəbli övladım var, məktəbdə öz müəllimləri hazırlaşdırırdı, xərcim də az çıxırdı. Pulum olmayanda, heç istəmirdilər də. Buna görə nigarançılığım da yox idi. Özəl kurslar əsasən şəhərdə və rayon mərkəzlərində yerləşir. İki uşağı özəl kursa göndərib hər fənnin öyrədilməsinə 50-100 manat verməliyəm, bundan əlavə taksi tutub, aylıq pul ödəməliyəm. Mənim isə o qədər gəlirim yoxdur. Qız uşaqları olduğu üçün nigarançılığımız da artır. Biraz böyük olsaydılar, problem olmazdı. Bu qərar uşaqların yaxşı təhsil alması üçün yox, kimlərinsə şəxsi marağının təmin olunması üçün verilir“.

Geri qayıt