Əsas Səhifə > Sosial, Manşet > «Mən vedrəynən araq içirəm, nə nurçu, əəə…»
«Mən vedrəynən araq içirəm, nə nurçu, əəə…»3-03-2014, 10:52 |
DİA.AZ: - ANS kanalında bəzi millət vəkillərinin adlarının nurçularla qoşa çəkilməsi, ümumiyyətlə, son günlər mətbuatda nurçu cameəsi ilə ilişgisi olan millət vəkilləri ilə bağlı bilgilərin intensiv şəkildə yerləşdirilməsi bir çox dairələrin diqqət mərkəzindədir. Elə qələm əhli də bu istiqamətdə maraqlı tərəflərdən biri kimi az qala Milli Məclisin bütün heyətini nurçulara aid etməkdədir. DİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, tanınmış xəbər portallarından birinin əməkdaşı adı nurçularla qoşa çəkilən millət vəkillərindən birinə müraciət edib, ondan nurçularla hər hansı əlaqəsinin olması barədə sual verib. Həmin deputatın və jurnalistin kimliyini müəyyən səbəblərdən açıqlamasaq da, deputatın verdiyi cavab maraqlı olduğundan diqqətinizə təqdim edirik. Beləliklə millət vəkili ittihamlara kəsə və net cavab verib: «Mən vedrəynən araq içirəm, nə nurçu, əəə…» Hər halda, kifayət qədər ağlabatan alibidir… Geri qayıt |