Əsas Səhifə > Sosial, Manşet > “Azərsığorta” dəyən zərəri ödəmir
“Azərsığorta” dəyən zərəri ödəmir25-01-2024, 09:09 |
Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Nağıyev Məmmədcəfər Nadir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Azərsığorta” ona ödəməli olduğu məbləği ödəməkdən boyun qaçırır. “Mən, Nağıyev Məmmədcəfər Nadir oğlu, bildirirəm ki, Əfqanıstan veteranıyam, 3 övladım var. Hazırda qaraciyər xəstəsiyəm, Gəncə şəhərində, Abbas Səhhət adına xəstəxanasında daimi müalicə alıram. Xahiş edirəm, mənə kömək göstərəsiniz. 7 noyabr 2023-cü il tarixində Daşkəsən rayonunda özümə məxsus BX 227 seriyalı Vaz 21 09 avtomobilimlə hərəkətdə olan zaman arxadan gələn 22 BX 167 seriyalı Vaz 21 06 avtomobil sol tərəfdən məni vurdu. Surət həddi çox olduğundan mənə məxsus maşına (sol tərəf qapılar, sol tərəf güzgü, hər iki qapıların pəncərələri və s.) böyük zərər dəymişdir. Qəza vaxtı hadisə yerinə yol polisi əməkdaşları gəlmişdir. Həmin vaxt maşını vuran şəxsin Cumali İsmixan oğlu olduğu və Daşkəsən rayon polis şöbəsində çavuş vəzifəsində işlədiyi bilindi. Hadisədən 2 həftə sonra “Azərsığorta” şirkətindən 2 nəfər gəlib maşına baxış keçirdi, əlaqə saxlayacaqlarını bildirdilər. Lakin bu günə kimi onlardan heç bir xəbər yoxdur. Mənim avtomobilim “Azərsığorta”da sığortalı olduğu üçün “qaynar xətlə” əlaqə saxlasam da, mənə dəqiq məlumat verən olmadı. Sığorta şirkəti məni başından edir, işimə baxmır”. Məsələ ilə bağlı “Azərsığorta” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Geri qayıt |