Əsas Səhifə > Sosial, Manşet > Səlim Müslümov köhnə kadrları aşkar şəkildə şantaj edir

Səlim Müslümov köhnə kadrları aşkar şəkildə şantaj edir


5-03-2014, 10:17
Səlim Müslümov köhnə kadrları aşkar şəkildə şantaj edir
DİA.AZ: - "Aztəminatlı olmayan ailələrə müavinət verilməsi barədə yeni məsələlər ortaya çıxıb". Xatırladaq ki, bu barədə mətbuata açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, bu faktlar əsasən Ağdam, Saatlı və İmişli rayonlarında ortaya çıxıb. Bütün faktlar hüquq-mühafizə orqanlarına təqdim olunacaq.

Nazir işdən azad olunan işçilərin məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, həmin rəhbər şəxslərə üç ay vaxt verilib. Üç ay ərzində bütün sənədlər qaydasına salınmalıdır. Əks təqdirdə barələrində olan faktlar hüquq-mühafizə orqanlarına göndəriləcək.

Hər halda, Səlim Müslümovun bu açıqlaması kifayət qədər maraqlı qarşılanıb. Və qeyd edək ki, ƏƏSMN şefi nazir postuna yiyələndikdən sonra ilk dəfə deyil ki, ictimaiyyəti heyrətləndirir.

Birinci dəfə «yeni təyinatlarda gənc kadrlara üstünlük veriləcək» deməsiylə diqqəti çəkən Səlim Müslümovun ƏƏSMN strukturlarından yalnız gənc kadrları «vurması»nı cəmiyyət maraqla izlədi. Və nazirimizin bu MARAQLI GEDİŞLƏRİ davamlı oldu.

DİA.AZ bildirir ki, daha çox pafosa söykənən, əslində isə ƏƏSMN-yə Dövlət Sosial Müdafiə Fondundakı ənənələri transfer edən Səlim Müslümov indi də son açıqlaması ilə heyrətləndirməyi bacardı. «Üç ay ərzində bütün sənədlər qaydasına salınmalıdır, əks təqdirdə barələrində olan faktlar hüquq-mühafizə orqanlarına göndəriləcək» deyən nazirin aşkar şəkildə köhnə kadrları şantaj etdiyi yəqin ki, hər kəsin diqqətini cəlb etdi. MARAQLIDIR… deyilmi?..

Bəli, ƏƏSMN şefi tam olaraq DSMF-dəki iş üslubunu tətbiq etməkdədir. Şifrəli danışdığı da ortadadır. 3 ay vaxt verir… sənədlər qaydasına salınmalıdır - deyir… Yəqin ki, anlayan anladı… Nazirimiz nə demək istəyir - bunu təxmin etmək o qədər də çətin deyil… Bərəkallah…

Azər - DİA.AZ

Geri qayıt