Əsas Səhifə > Sosial, Manşet > Seymur Qaraşov nazirlikdə “at oynadır”

Seymur Qaraşov nazirlikdə “at oynadır”


19-02-2024, 12:14
 Seymur Qaraşov nazirlikdə “at oynadır”
Fövqəladə Hallar Nazirliyində kütləvi istefalar gözlənilir.

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, nazirliyin əsasən yanğından mühafizə dəstələrində maaşların az olması və rəhbərliyin şərtləri ağırlaşdırması səbəbindən yüzlərlə işçi başqa işə keçmək fikrindədir. Artıq zabit heyətindən bir-neçə nəfərin qurumu tərk edib.

Nazirlikdə işçilər üçün şərtlərin ağırlaşması səbəbi kimi ötən il qurumda yaşanan erotik olayları göstərən mənbə qeyd edir ki, nazir Kəmaləddin Heydərov faktiki olaraq müavinlərini idarəçilikdən uzaqlaşdırıb. Hazırda FHN-də əsas söz sahibi olan idarə daxili təhlükəsizlik idarəsidir. Bu idarəyə isə Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov rəhbərlik edir. Seymur Qaraşovun nazirlikdə “at” oynatması və nazirliyin başqa qurumlarının işinə birbaşa müdaxilə etməsi ciddi narazılıq yaratmaqdadır.

 Seymur Qaraşov nazirlikdə “at oynadır”

Mənbə qeyd edir ki, Seymur Qaraşov nazirlikdə idarə rəisi təyin olunan kimi hətta vaxtilə birgə işlədiyi iş yoldaşlarını belə vəzifələrindən uzaqlaşdırıb. Məsələn, Lənkəran rayonun yanğından mühafizə şöbəsinin rəisi Saleh Ağayev və Elşən Bağırovun Seymur Qaraşovun səyləri nəticəsində işdən çıxarıldığı yayılan məlumatlar sırasındadır.
2006-cı ildə yaradılan Fövqəladə Hallar Nazirliyinə indiyə qədər rəhbərlik edən Kəmaləddin Heydərovun işçilərini niyə narazı saldığının səbəbi məlum deyil. Bu arada yayılan məlumatlarda bildirilir ki, el arasında daha çox kasıblara və ətrafına şərait yaradan məmur kimi tanınan Kəmaləddin Heydərovun nazirlikdə ciddi kadr dəyişiklərinə hazırlaşır…

Geri qayıt