Əsas Səhifə > Sosial, Manşet > “Bank of Baku”da keçirilən əməliyyatla bağlı ilginc iddia – “Bomj”ların əli ilə milyonlar yeyilib
“Bank of Baku”da keçirilən əməliyyatla bağlı ilginc iddia – “Bomj”ların əli ilə milyonlar yeyilib6-03-2014, 10:01 |
DİA.AZ: - Son günlər «Bank of Baku»nun qaranlıq fəaliyyəti ilə bağlı oxucucalırımızı davamlı olaraq məlumatlandırmaqdayıq. İş o həddə çatdı ki, hüquq-mühafizə orqanları bu bankda əməliyyat keçirmə zərurətini hiss etdilər. Doğrudur, hələlik bu barədə ictimayəət yetərincə bilgiləndirilmir, amma fakt ondan ibarətdir ki, fars-molla rejiminin Azərbaycandakı xəfiyyə şəbəkəsinin əsas maliyyə qidalandırıclarından biri kimi “Bank of Baku”nun başı üzərində qara buludlar var. Xatırladaq ki, bu banka qarşı məşhur «Vikiliks» təşkilatının açıqladığı məxfi sənədlərdə çox ağır ittihamlar səslənsə də, nə rəsmi Bakı, nə də bank rəhbərliyi bu məsələlərə aydınlıq gətirmədilər. Doğrudur, həmin ərəfədə «Bank of Baku»ya rəhbərlik edən Xəyal adlı şəxs müəyyən formada izahat verməyə çalışdı. Amma bu «izahatı» belə ona baha başa gəldi. Belə ki, mətbuata çıxdığına görə, bu gənc vəzifəsindən alındı və banka yeni rəhbər təyin edildi. ABŞ səfirliyinin sözügedən ölkənin Dövlət Departamentinə ünvanladığı məxfi qrifli sənədlərdə isə bildirilirdi ki, hər ay İrandan ötürülən 5 milyon dollar vəsait bu bank tərəfindən yuyulur. Bu bank eyni zamanda Azərbaycanda kifayə qədər böyük imkanlara malik olan Oromi qardaşlarının «NAB» şirkətinə bağlı struktur olmaqla yanaşı, İranın xüsusi xidmət orqanları ilə əlaqədə də ittiham edildi. İndi isə DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, «Bank of Baku» bu günlərdə böyük bir fırıldaqçılığa imza atıb. Belə ki, iranlı sahibləri bankın filiallarından birinin iştirakı ilə külli miqdarda çirkli pulu «obnaliçka» yolu ilə təmizləyiblər. «Dünya» İnformasiya Agentliyinə danışan mənbənin sözlərinə görə, bu dəfə də «obnaliçka» fırıldaqçılarının ənənəvi üsulundan istifadə olunub: «Belə ki, Bakıdakı kimsəsizlərdən (bomj) birinin adına Türkiyədə şirkət təsis edilib və pullar həmin şirkətin adı altında yuyulub. Bunun müqabilində isə «bomj»a cəmi-cümlətanı 3 min manat pul verilib. Halbuki söhbət milyonlarla vəsaitdən gedir». Ehtimal olunur ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat da məhz bu faktlarla bağlı olub. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |