Əsas Səhifə > Sosial, Manşet > 70 yaşlı Goranboy sakini ÇARƏSİZ DURUMDA

70 yaşlı Goranboy sakini ÇARƏSİZ DURUMDA


7-03-2024, 09:33
70 yaşlı Goranboy sakini ÇARƏSİZ DURUMDA
Goranboy rayonunun Eyvazlar kənd sakini Həbib Cəfərov deyir ki, uzun illərdir Mingəçevir şəhərində yaşsyır. Həbib dayı deyir 2011 -ci ildə işləmək üçün Goranboya, qohumunun yanına gedərək, onun fermasında işləyib.

70 yaşlı Goranboy sakini ÇARƏSİZ DURUMDA

dia-az.life-nun məlumatına görə, vətəndaş deyir ki, bilinməyən səbəbdən fermada yanğın baş verib. Yanğın zamanı ot tayası və fermada olan heyvanlar yanıb. Bununla bağlı ferma sahibi adiyyatı qurumlara müraciət edib və araşdırmalara başlanıb.

Şikayətçi bildirir ki, heç bir günahı olmadığı halda bütün günahı onun üzərinə üzərinə atıblar, məhkəmənin qərarı ilə ona 45 min manat cərimə yazıblar. Sağlamlığında ciddi problemlərinin olduğunu deyən Həbib dayı hər ay onun pensiyadından 100 manat tutulduğunu deyir.

70 yaşlı Həbib dayı iddia edir ki, məhkəmə işi doğru araşdırmadan qərar verib və aidiyyatı qurumlardan bu məsəlıni araşdırmaqlarını xahiş edir.

Geri qayıt