Əsas Səhifə > Sosial, Manşet > Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib


28-03-2024, 09:56
Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib
Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, sistemə yararsız kadrların vəzifələrdən uzaqlaşdırılması, yeni kadr və peşəkarların gətirilməsi bariz nümunələridir. Əsasən ölkədə aparılan kadr islahatlarının Penitensiar Xidmətə də çatması müsbət sayılan hallardandır. Həmçinin Mirsaleh Seyidovun ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilməsi problemlərin tezliklə həll olunacağına inamı artırır. Hər halda onun bu sahədəki təcrübəsi bunu deməyə əsas verir.

Lakin bəzi məqalmlar da deyilməli, ortada olan problemlər sadalanmalıdır ki, görünsün və həlli barədə düşünülsün.

Bizimxeber.az-ın elektron ünvanına Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkə müəssisələrində baş verən bəzi neqativ hallar barədə məluatlar daxil olub. Qeyd olunur ki, sözügedən sahədə hələ də fəaliyyət göstərən bəzi şəxslər inkişafa və problemlərin həllinə müxtəlif əngəllər yaradır, köhnə adətlərin yaşamasına imkanlar açır.

"Görünür ölkə rəhbərinin cəza siyasətinin humanistləşdirilməsinə dair bəlli göstərişləri Penitensiar Xidmətin bəzi rəhbər şəxsləri tərəfindən düzgün anlaşılmayıb. Daha soğrusu, bəzi cəzaçəkmə məssiəsinin rəisləri və ya diğər aidiyyatı şəxslər bu göstərişlərdən yararlanır, özləri üçün hansısa mənbəyə çevirirlər" deyə məlumatda bildirilir.

Belə hallar məntəqə tipli cəzaçəkmə müəssisələrində daha çox nəzərə çarpmaqdadır və artıq pik həddədir.

Belə ki, Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun adı yuxarıda sadalanan halları yaradanlardan biri kimi çəkilir.

Elektron ünvana daxil olan məlumatda iddia edilir ki, Elşad Məmmədov ölkənin qanunlarını, digər normativ hüquqi aktları pozaraq həmin müəssisədə saxlanılan məhkumlara xidməti üzrə himayədarlıq edir, məhkumlar üçün müəyyən edilmiş ərazidən kənarda yaşamalarına, onlara qadağan edilmiş fəaliyyətlə məşğul olmalarına şərait yaradır. Həmçinin, qanunsuz əməllərini gizlətmək və aşkar ediləcəyi təqdirdə məsuliyyətdən yayınmaq məqsədilə bütün cəza müddətində müəssisədən kənarda yaşamalarına şərait yaratdığı məhkumlara məzuniyyət verilməsi barədə saxta, tarixsiz əmrlər və məzuniyyət vərəqələri hazırlanır. Məqsəd qanunsuz olaraq müəssisədən kənara buraxılmış məhkumların hər hansı inzibati xəta və ya cinayət əməli törətmələri müəssisə rəhbərinə məlum olduqda qeyd edilən əmr və məzuniyyət vərəqələrinə bir neçə gün əvvəlki tarixlər qeyd edilməklə həmin məhkumun məzuniyyətə yeni çıxması görüntüsü yaratmaqla, məsuliyyətdən yayınmaqdır.

Daha bir maraqlı iddia budur ki, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində “saxlanılan” belə məhkumlardan biri Alıyev Fizuli Hüseyn oğludur.

F.Alıyev Bakı şəhəri, Nəsimi rayonu ərazisində icarə əsasında işlətdiyi “Baku City” restoranında Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sərxan Bayramov və digər şəxsin spirtli içkidən zəhərlənərək ölməsi ilə əlaqədar 2019-cu ildə həbs edilib. O,barəsində Azərbaycan Respublikası CM-in 213-1.1 və 314.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə və həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilıb.

"Amma 6 saylı cəzaçəkmə müəssisəsində “cəza” çəkən Fizuli Alıyev tanışlarının adına bağlanmış icarə müqavilələri əsasında “Yaşıl Ada” və “By Şahbazov” restoranlarının fəaliyyətinə rəhbərlik edir (?), habelə müəssisədən kənarda yaşamaqla, gecələr “Yaşıl Ada” restoranında olur" deyə qeyd olunub.

Bütün bunlar azmış kimi, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun işə gəlmədiyi, ona ünvanlanan sualların cavabsız qaldığı, cəza çəkənlərlə maraqlanmadığı, mütəmadi "məzuniyyətdə" olması da diqqət çəkir.

Bu kimi hallar Penitensiar Xidmətin və rəis Mirsaleh Seyidov fəaliyyətinə kölgə salmaqdan başqa bir şey deyil.

Məlumatda həmçinin, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun əməlləri araşdırıması, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin müəssisədən kənara çıxamalarını və fəaiyyətilərinin nəzarətə götürülməsinin vacib olduğu bildirilir: "Onlar Azərbaycan Respublikasının qanunları ilə məhkum ediliblər, cinayət törədiblər" deyə qeyd olunur.

Qeyd edək ki, Penitensiar Xidmətin əzaçəkmə müəssisələrində baş veren başqa neqativ hallarla bağlı daha ətraflı məlumatlar verəcəyik.

Məlumatda adı keçən şəxslərin, Penitensiar Xidmətin, xüsusilə 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun səslənən iddialara cavabını işıqlandırmağa hazırıq.

Geri qayıt