Əsas Səhifə > Sosial, Manşet > Şamaxıda nə baş verir: 6 Mart tarixində baş verən aksiya ilə bağlı şok iddia
Şamaxıda nə baş verir: 6 Mart tarixində baş verən aksiya ilə bağlı şok iddia12-03-2014, 09:02 |
DİA.AZ: - Məlum olduğu kimi, martın 6-da Şamaxının mərkəzində 2 saylı orta məktəbin şagird və müəllimlərinin etiraz aksiyası keçirmələri barədə məlumat yayıldı. Xəbərdə deyilirdi ki, onlar məktəbdən çıxraq, İcra Hakimiyyətinin binası qarşısına yürüş ediblər: “Polis aksiyanın qarşısını almaq üçün səfərbər olunub. Şagird və müəllimlər daha sonra məktəbin həyətinə yığışıb və etirazlarını oarada davam etdiriblər. Etiraza səbəb isə məktəbin direktoru İslam Baxışovun tutduğu vəzifədən azad edilməsidir. Rayondakı mənbələrdən verilən məlumatda deyilir ki, İslam Baxışov məktəb kollektivinin hörmət bəslədiyi, ümumiyyətlə rayonda xüsusi nüfuza və ehtirama malik olan şəxsdir. Müəllim və şagirdlər onun direktorluqdan çıxarılması ilə razılaşmırlar”. İndi isə bu aksiyanın süni şəkildə yaradıldığı iddia olunur. Bu barədə DİA.AZ-ın elektron ünvanına hətta bir müraciət də göndərilib. Təhsil naziri cənab Mikayıl Cabbarova ünvanlanan və Şamaxı rayonu 2 saylı tam orta məktəbin müəllimləri və şagirdlərin valideynləri tərəfindən imzalandığı iddia olunan müraciəti dia-az.life olaraq diqqətinizə təqdim edirik: “Yazıb sizə bildiririk ki, bir neçə gün qabaq şəhər 2 saylı tam orta məktəbin direktoru İslam Baxşıyev 65 yaşı tamam olduğu üçün Təhsil Nazirliyinin əmri ilə işdən azad olunmuşdur. Bunu eşidən kimi İslam Baxşıyev müəllimləri və şagirdləri məcbur edərək İcra Hakimiyyətinin binasının önünə yığılmalarını və orada özünün işdən çıxarılmalarına etiraz etmələrini bildirmişdir. Onlara yuxarılarda adamının olduğunu yenidən işinə qayıdacağına inandırmışdır. Müəllimlər və şagirdlərdə buna inanaraq, ehtiyat edərək, oraya yığılmışlar. Həmin gün bəzi saytlarda isə guya müəllimlərin və şagirdlərin İslam Baxşıyevin işdən çıxmasına etiraz edərək, mitinq təşkil edilməsi yazılmışdır. Və onun rayonda böyük nüfuza sahib olması deyilmişdir. Biz bildiririk ki, bu xəbər qəti şəkildə yalan məlumatdır. Çünki bu şəxsin işdən azad edilməsi tək bu məktəbin müəllim və şagirdləri üçün deyil,eləcədə rayon ziyalıları üçün sevindirici xəbər olmuşdur”. Bildirək ki, müraciətin gerisində direktora qarşı təhqiredici ifadələr də yer alır. Qarşı tərəfin də cavab haqqını tanıyaraq, mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |