Əsas Səhifə > Sosial, Manşet > "Bank olaraq çox... amma çox geridə qalmısınız..."

"Bank olaraq çox... amma çox geridə qalmısınız..."


19-04-2024, 09:33
"Bank olaraq çox... amma çox geridə qalmısınız..."
"Şikayətim "Yelo Bank"dandır. dia-az.life bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşdığı öz müraciətində Emin Əmrahov adlı istifadəçi qeyd edib.

Narazı vətəndaş daha sonra yazır: "06.04.24 tarixində 3000 AZN mədaxil etməklə "Yelo Platinium" kart sifariş etmişəm. 09.04.24 tarixində kart mənə çatdırılsa da, "fin kod"u təyin etmək mümkün olmadığı üçün banka yaxınlaşmağımı bildirdilər.

Bu qədər inkişaf etmiş bir sistemdə - "Yelo bank"da "app" və ya ATM vasitəsi ilə bunun mümükün olmaması başqa dərddir.

Nəhayət , dünən qaynar xəttləri ilə əlaqə saxlayıb 18:00 kimi yaxınlaşa biləcəyimi bildirdilər deyə 17:50 də bankdan içəri girdim. Artıq bank əməkdaşları hamsı start vəziyyətindədirlər və heç kim xidmət göstərmir. Aşağı yuxarı yönləndirdikdən sonra əməkdaş kartımı koda salaraq, "gec gəlmisiniz" deyərək kartı mənə qaytarır.

Qısası, bank olaraq çox... amma çox geridə qalmısınız heyf ki.

Əsəbnizi korlamaq istəmirsizsə, bu bankdan maksimum uzaq durun".

Geri qayıt