Əsas Səhifə > Sosial, Manşet > Rövnəq Abdullayevin də öz silahlı ordusu ola bilər - ARDNŞ hərbiləşdirilir

Rövnəq Abdullayevin də öz silahlı ordusu ola bilər - ARDNŞ hərbiləşdirilir


14-03-2014, 11:52
Rövnəq Abdullayevin də öz silahlı ordusu ola bilər - ARDNŞ hərbiləşdirilir
DİA.AZ: - Dövlət Neft Şirkətinin strukturlarında islahatlar gözlənilir. ARDNŞ-dəki mənbələrdən DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, bu islahatlar xeyli əvvəlindən planlaşdırılır.

Mənbənin söylədikləri: «Bu islahatlar nəticəsində təxminən 2500-dən artıq ARDNŞ əməkdaşının növbəti mərhələ üçün ixtisara salınacağı nəzərdə tutulub. Amma ixtisar olunan ştatların əvəzində ARDNŞ-da iki yeni idarə yaradılacaq ki, ixtisar olunanlar da işlə təmin olunacaq. Yalnız 200-300 ARDNŞ əməkdaşının işsiz qalma ehtimalı var».

Mənbəmiz bildirir ki, eyni zamanda ARDNŞ Təhlükəsizlik İdarəsində də dəyişiklik nəzərdə tutulub: «Lakin burada ixtisar yox, idarəinin şəxsi heyətinin sıralarının daha da genişlənməsi gözlənilir».

Xatırladaq ki, hazırda ARDNŞ Tİ-nin 4 minə yaxın əməkdaşının olduğu bildirilir və bu yaxınlarda sözügedən idarə əməkdaşlarının silahla təmin olunması məsələsi də gündəmə gətirilmişdi. Əgər belə olarsa, o zaman Rövnəq Abdullayevin də bir silahlı orduya rəhbərlik etməsi söz konusudur.

Buna diqqət ayıran mənbəmiz bildirir ki, ARDNŞ rəhbərliyi Tİ-nin əməkdaşlarının silahla təminatını neft kəmərlərinin və neft müəssisələrinin şirkətin öz əməkdaşları tərəfindən mühafizə olunması zərurəti ilə əsslandırıb: «Ola bilsin ki, belə bir qərar yaxın günlərdə verilsin. Və ARDNŞ Tİ yarım hərbiləşmiş struktura çevrilsin».

Geri qayıt