Əsas Səhifə > Sosial, Manşet > "Yenidən ezamiyyə ilə bağlı problem başladılıb..."

"Yenidən ezamiyyə ilə bağlı problem başladılıb..."


10-05-2024, 12:23
"Yenidən ezamiyyə ilə bağlı problem başladılıb..."
SOCAR Nəqliyyat idarəsində yenidən işçi haqqları pozulmaqdadır. dia-az.life bildirir ki, bunu öz paylaşımında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paylaşım edib. İşçilərin müraciətini təqdim edən M.Qəhrəmanlı problemə "yuxarıların" müdaxiləsinin vacibliyini də vurğulayır.

dia-az.life olaraq ilk əvvəl işçilərin gileyini təqdim edirik:

"SOCAR Nəqliyyat idarəsində ezamiyyə ilə bağlı problem yenidən başladı.. Deməli sifarişçi təşkilat nəqliyyat idarəsinə aylıq sifariş verir. Amma nəqliyyat idarələri bizə ödənişi tam etmir . Belə ki,həftə sonları və bayram günləri ezam olunduğumuz yerdə qaldığımız halda bizə həmin günlərin ödənişi olunmur. Ezamiyətdə olduğumuz vaxt bayram günləri ümumiyyətlə ödənilmir . Nazirlər kabinetinin qərarı ilə ezamiyyə xərcləri artırılan gündən bu hal baş verir. Rəislərə bildirəndə bu problemi idarənin xərclərinin çox olduğunu və ödənilməyəcəyini bizə dedilər..."

Qeyd edək ki, bu olayı M.Qəhrəmanlı aşağıdakı kimi şərh edib:

"SOCAR Nəqliyyat idarəsinin sahə üzrə məsul şəxsləri. Təşkilatımızın hüquqşanası tərəfindən hər gün sosial şəbəkələrdə (özünün, mənim və təşkilatın FB səhifəsi) ölkənin əmək qanunvericiliyi üzrə marifləndirmə aparılır. Onu oxumasanız da ARƏM maddə 310 (Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əzbərləməniz vacibdir!

Araşdırılmasına və dəqiqləşdirilməsinə ehtiyac duyulur..."

Geri qayıt