Əsas Səhifə > Sosial, Manşet > İndi NƏ EDƏCƏKLƏR: Bəlkə Avropa Məhkəməsinə ÜZ TUTASINIZ?

İndi NƏ EDƏCƏKLƏR: Bəlkə Avropa Məhkəməsinə ÜZ TUTASINIZ?


16-05-2024, 10:07
İndi NƏ EDƏCƏKLƏR: Bəlkə Avropa Məhkəməsinə ÜZ TUTASINIZ?
"Ali Məhkəmə Kassasiyanı mümkün saymayaraq kassasiya şikayətinin qəbulundan imtina etdi..." dia-az.life xəbər verir ki, bu müjdəni Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin (NHMT) sədri Mirvari Qəhrəmanlı açıqlayıb.
Hüquq müdafiəçisi baş verənlərlə bağlı bunları söyləyib: "Abdullayev Nəriman Bəxtiyar oğlunun 2-ci qrup əllil olması Ali Məhkəmə tərəfindən də təsdiq olundu. Uzun sürən araşdırmanın nəticəsində ədalət bərqərar olundu.
Neftçi Nəriman Abdullayev:
-1988-ci il noyabrın 2-də, Əmək Məcəlləsinə əsasən, işdən azad edilib, belə ki, ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub. Onun ayaqları tutulub. İki il yataq xəstəsi olub. Müalicə olunub və 1993-cü ildə yenidən işə qəbul olunub.
-2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb və Abdullayev dənizə düşüb.
-2007-ci ilin oktyabrında Xəzər dənizində qazma quyularında onurğa sütunundan növbəti istehsalat xəsarəti alıb. Oktyabrın 22-də onurğa sütunundan əməliyyat olunub. Dəfələrlə stasionar xəstəxanalarda müalicə alıb.
-2008-ci il iyunun 21-də onurğa sütununda istehsalat xəsarəti, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən işdən azad edilib. 15 ildən çox imtiyazlı iş stajına malikdir.
2008-ci il iyunun 21-dən 2021-ci il iyunun 24-əqədər əlillik pensiyası alırdı. 30.06.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik dayandırıldı.İddiaçının şikayəti bütan məhkəmə instansiyalarında təmin olunsa da, Agentlik neftçinin əlilliyini tanımaq istəmirdi(????)
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının müdafiə etdiyi İddiaçı Abdullayev Nəriman Bəxtiyar oğlunun (Qum Adası NQÇİ-də iş yerində xəsarət almış)cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı 30.06.2021-ci il tarixdən etibarən dayandırılan 2-ci dərəcə əlilliyinin müddətsiz müəyyən olunması haqqında iddiası Ali Məhkəmənin 2-1(102)-147/2024 saylı, 14.05.2024-cü il tarixli qərarı ilə də təsdiqini tapdı. Və qarşı tərəfin iddiası rədd olundu!!"

dia-az.life bildirir ki, sonda M.Qəhrəmanlı qarşı tərəfə ironik şəkildə məsləhət də verir: "Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi, bəlkə bu dəfə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəsiniz..."

Geri qayıt