Əsas Səhifə > Sosial, Manşet > Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək?
Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək?20-05-2024, 09:47 |
"Qusar şəhərinin bələdiyyə sədrini həbs ediblər. Olsun, o da cinayətə şərik olub. Əslində meşə xilas edildikdən sonra kimlərin həbs ediləcəyi, hansı cəza alacağı bizi narahat etmir, amma maraqlıdır. İzləyək görək daha kimlər məsuliyyətə cəlb ediləcək". dia-az.life bildirir ki, bunu öz paylaşımında "Ecofront" səhifəsinin yönəticisi Cavid Qara qeyd edib. Daha sonra təşkilat fəalı yazır: "Bizə soruşsalar, 1 nömrəli sorumlu Muxtar Babayevdir. O razılıq verməsə, imza atmasa və 1 ildir dəfələrlə ictimailəşdirsək də bu vəziyyətə haqq qazandırmaq üçün sıçan-pişik oynamasa idi, bu vəziyyət yaranmazdı. Yenə də dövlət baba öz bildiyini edəcək. Yaşayarıq görərik..." Geri qayıt |