Əsas Səhifə > Sosial, Manşet > Prezident ETSN işçilərini niyə ƏNƏNƏVİ MÜKAFATDAN məhrum etdi?

Prezident ETSN işçilərini niyə ƏNƏNƏVİ MÜKAFATDAN məhrum etdi?


30-05-2024, 10:32
Prezident ETSN işçilərini niyə ƏNƏNƏVİ MÜKAFATDAN məhrum etdi?
Qusar Meşəsinin vəzifə səlahiyyətlərindən sui istifadə edərək özgəninkiləşdirilməsi və tikintiyə cəlb edilməsi ilə bağlı Baş Prokurorluğun araşdırması davam edir. Hələ ki, günah keçisi olaraq ancaq Qusar şəhər bələdiyyəsi saxlanılıb barəsində cinayət işi açılıb.
Dia-az.İnfo xatırladır ki, rəsmi olaraq 22 hektar meşədə 4 mindən artıq ağac kəsilməsi üçün razılaşdırılıb və ETSN tərəfindən dəymiş ziyan hesablanıb. Amma reallıq tamam fərqlidir.

YAZININ ƏVVƏLİ BURADA: Meşələrə qənim kəsilən Mohuma Heraçiyev... - İLGİNC FAKTLAR

dia-az.life olaraq yeni faktların təqdimatını davam etdiririk...

Beləliklə... Əslində bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəziləri üçün dilsiz-ağızsız bir qurum kimi də görünə bilər... Necə ki gecələr meşələr sakit olmaz... eləcə də XƏLVƏTDƏ bu nazirlikdə heç də sakitlik hökm sürmür, gizlin-gizlin işlər çevrilməkdədir...

ETSN deyib keçməyin adı yoxdur. ETSN də külli miqdarda korrupsiya prosesi baş verir. Torpaq alveri, təbii resursların hərracları, meşə materiallarının hərracları hamısı korrupsiyanın içindədir. Muxtar Babayev isə ən yaxşı halda bunların qarşısını ala bilməyən bir səlahiyyətsiz fiqurdur...

Diqqətli izləyicilərimizin bizə verdiyi məlumata görə, bu il cənab Prezident ekologiya işçilərinin peşə bayramını rəsmi təbrik etmədi və heç bir ekologiya işçisi mükafatlandırılmadı. Bu isə cənab Prezidentin ETSN-in fəaliyyətindən razı qalmadığını düşünməyə əsas verir.

Nə qədər ki, əsl cinayərkarlar layiqli cəzasını almır, ən yaxşı halda başqa sahədə daha yaxşı vəzifə ilə “cəzalandırılır”, xırda balıqlardan günah keçisi hazırlanır, bu əməllər sistemli şəkildə davam edəcək. İctimaiyyətin diqqətini çəkən epizodların həll edilməsi sistemli dəyişikliyə gətirib çıxarmayacaq.

DAVAMI MÜTLƏQ OLACAQ...

Geri qayıt