Əsas Səhifə > Sosial, Manşet > "Novxanı kənd bələdiyyəsi ölülərimizi də torpaqda rahat yatmağa qoymur"
"Novxanı kənd bələdiyyəsi ölülərimizi də torpaqda rahat yatmağa qoymur"7-06-2024, 08:47 |
“Novxanı kəndində 3 məzarlıq var. Hər məzarlığın da öz ayrıca yolu var. Artıq yol bağlana-bağlana gəlib, 50 santimetr yol qala yaxud da qalmaya. Maşın yolunda qəbirlər salınıb, hasarlanıb. Ayaq altında ölü basdırarlar? Ölülər bu qədərmi dəyərsizdir? Niyə görə oranı alıb ölünüzü dəfn edirsiz? Qoy heç olmasa son məzarlarında rahat yatsınlar da. Əgər bura maşın yolu qoyulubsa bu yollar niyə bağlanıb? Bu yol bağlanacaqdısa maşın yolu heç qoyulmazdı da. Bəlkə birinin qocası var, gətirib orada düşürdüb piyada gedəcəklər məzar başına. Sən o yolu niyə satırsan?”. Bunu moderator.az-a açıqlamasında Novxanı kənd sakini Xanım Mövsümova deyib. Şikayətçi iddia edir ki, kənd bələsiyyəsinin sədri Şahin Tağıyev qəbirstanlıqdan torpaqları satır. “102 xidmətinə də şikayət etmişəm. O gün sahə polisi məni də, Novxanı kənd Bələdiyyəsinin sədri Şahin Tağıyevi də çağırmışdı. Şahin Tağıyev deyir ki, yaxşı edirəm, yer yoxdur. Bu Novxanı kənd qəbirstanlığıdır, bizlərdən pul almırsan. Şəhərdə bilirsiniz ki, qəbir yerləri çox bahadır. İşçiləri şəhərdəki adamlardan pulu alıb ona verirlər. Torpağı şəhər şakinlərinə satır. Hamı bilir ki, şəhər camaatı gəlib orada özbaşına ölü basdırmaz. Yol isə bağlanıb. Kimsə üz-üzə gəlsə gərək o biri gözləsin, bu biri də qəbirlərin üstünə çıxıb ona yol versin. İki adam qəbirstanlığda yanbayan gedə bilmir. Sabah kiminsə ölüsü olsa ya gərək helikopterdən sallamalıdır, ya da çiyninə atıb təkbaşına götürüb dəfn etməlidir. Novxanı kənd sakinlərinin ölülərini dəfn etmək üçün zibilliyi təmizlətdirib 4-cü qəbirstanlıq hazırlayır. Novxanılıların ölüsünü niyə zibillikdə basdırırsan? Bu nə özbaşınalıqdır? Bu nə yiyəsizlikdir? Deyirlər ki, yaxşı edirik, bütün yolları bağlayacağıq. Sizə bir video təqdim edəcəyəm. Orada maket qəbirlər hasarladıb, hazır qoyublar ki, pulla satsınlar. O qəbirlərdə heç kim dəfn olunmayıb. Onların da qiyməti yəqin xüsusi olar. Amma biz kənd sakinlərinə deyir ki, boş yer yoxdur. Aidiyyatı qurumlardan kömək istəyirik” deyə o bildirib. Geri qayıt |