Əsas Səhifə > Sosial, Manşet > Vidadi İsayevə dəfələrlə müraciət etsə də...
Vidadi İsayevə dəfələrlə müraciət etsə də...11-06-2024, 09:12 |
Ağdam rayon Dördyol iki Qəsəbə sakini Miryaqub Mənəfov bildirir ki, 2000- ci ildən 2008-ci ilə kimi Bərdə rayonunda 74 kv-lıq sahədə ona məxsus obyekt olub. Dia-az.İnfo-nun məlumatına görə, lakin, 2008 ci ildə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri gələrək sözü gedən sahədə Heydər Əliyev adına park salınacğını deyərək, onun obyektini söküblər. Vətəndaş iddia edir ki 2008-ci ildən bu günə kimi İcra hakimiyyəti ona iş qurması üçün yer vermir. Onun sözlərinə görə təzə bazar adlanan ərazidə ona İcra hakimiyyəti tərəfindən verilir, bir müddət sonra həmin sahənin 3 sahibinin olduğu məlum olur. Şikayətçi deyir ki İcra başçısı Vidadi İsayevə dəfələrlə müraciət etsə də, hər dəfəsində "bizlik deyil" deyib, onun problemini həll etmirlər. dia-az.life qeyd edir ki, müraciətinin sonunda vətəndaş aidiyyatı qrumlardan ona kömək etmələrini xahiş edir. Məsələ diqqətimizdədir. Geri qayıt |