Əsas Səhifə > Sosial, Manşet > «Nurçu ovu» kampaniyası ARDNŞ-nin rəhbərliyinə keçdi? - Şirkətdə dəyişiklik xəbəri yayıldı
«Nurçu ovu» kampaniyası ARDNŞ-nin rəhbərliyinə keçdi? - Şirkətdə dəyişiklik xəbəri yayıldı19-03-2014, 11:12 |
DİA.AZ: - Bu arada DİA.AZ-a maraqlı bir informasiya daxil olub. Verilən xəbərə görə Dövlət Neft Şirkətinin iki rəhbər işçisi bu saatlarda vəzifələrindən azad edilib. Xəbəri verən mənbə iddia edir ki, onlar ARDNŞ-də yüksək post tutublar: «Hələlik qərar rəsmən elan olunmayıb. Amma şirkətin prezidentin Rövnəq Abdullayev onlara bu barədə məlumat verib». Onu da bildirək ki, dia-az.life olaraq xəbəri dəqiqləşdirə bilmədik. ARDNŞ-dən isə bu barədə kimsə danışmadı, yalnız məlumatsız olduqları bildirildi. İşdən çıxarılanların kimliyi barədə isə bilgi yoxdur. Xatırladaq ki, son günlər start düyməsi basılan «nurçu ovu»nda ARDNŞ-in də bir neçə siması hədəf kimi təqdim olunur. Geri qayıt |