Əsas Səhifə > Sosial, Manşet > “Şərur” MTK-ya ilişdin... başından İŞ ƏSKİK DEYİL...

“Şərur” MTK-ya ilişdin... başından İŞ ƏSKİK DEYİL...


17-06-2024, 16:00
“Şərur” MTK-ya ilişdin... başından İŞ ƏSKİK DEYİL...
"Şərur" MTK binasında yaşayan vətəndaş gözlənilməz bir halla qarşılaşıb. Belə ki, vətəndaş 1 otaqlı mənzilini satmaq istəyərkən fərqli halla üz-üzə qalıb. O bildirib ki, həmin evdə yaşayış olmayıb, qeydiyyatda heç kəs yoxdur. Nağd alınıb və heç bir yerə borc yoxdur, sənəd müqavilədir. İndi evini satmaq istəyir. Şirkət alqı-satqı üçün ondan 3000 manat, çıxarış üçün isə 1000 manat istəyir. O deyir ki, evi satıramsa, niyə 3000 manat şirkətə ödəməliyəm?..

Bu cür evlərin alqı-satqısı necə həyata keçirilməlidir?

Teleqraf.com-a danışan hüquqşünas Əli Novruzlu məsələni belə izah edib:

“Əgər mənzil nağd pula alınıbsa, MTK-ya yaxınlaşıb, MTK-nın ümumi yığıncağının iclasının protokolundan çıxarış götürülməli, ASAN xidmət mərkəzlərinə təqdim edilməlidir. Müvafiq dövlət rüsumunu ödədikdən sonra çıxarışın hazır olması haqqında elektron bildiriş gözlənilməlidir. Bildiriş gəldikdə yaxınlaşıb, ASAN xidmətdən çıxarış götürülməlidir. Əgər borc yoxdursa, rüsum ödənilmir. Hər bir MTK-nın borcudur ki, satdığı ev üçün sənəd də versin”.

Əmlak eksperti Elnur Azadov isə ildirir ki, çıxarış varsa, birbaşa alqı-satqı edilə bilər:

"Müqavilədə ad dəyişmə, alqı-satqı ilə bağlı maddə olduğu halda MTK haqlıdır. İstismara qəbul aktı varsa, satan çıxarış ala, notariat qaydasında alqı-satqı edə bilər. Qeyd edilən halda çıxarış alınıb, qanuni qaydada alqı-satqı edilməlidir. Çıxarış varsa, MTK ilə alıq-satqı edilməsinə ehtiyac yoxdur. Çıxarışla notariusda qanuni alqı- satqı ediləcək. Əgər müqavilədirsə, çıxarışa keçirilsin. Daha sonra çıxarışla alqı-satqı edilsin".

Ekspert 3000 manat və 1000 manat rəqəmlərinin necə müəyyənləşdirildiyinə də aydınlıq gətirib:

“Müqavilə dəyişmə ilə bağlı rüsum yoxdur. Yanlız çıxarışın rüsumu var”.

Geri qayıt