Əsas Səhifə > Sosial, Manşet > Mərdəkan Dendrarisinə qarşı düşmən münasibət – Hacıbala Abutalıbov buna görə pulları xaricə tökürmüş...

Mərdəkan Dendrarisinə qarşı düşmən münasibət – Hacıbala Abutalıbov buna görə pulları xaricə tökürmüş...


22-03-2014, 11:20
Mərdəkan Dendrarisinə qarşı düşmən münasibət – Hacıbala Abutalıbov buna görə pulları xaricə tökürmüş...
DİA.AZ: - Mərdəkan Dendrarisi Abşeron yarımadasının ən tanınmış yerlərindən biridir. Burada çox sayda subtropik ağaclar, kollar, çiçəklər, efiryağlı, yerli və yad floralara mənsub olan bitki növləri toplanmışdır. Xüsusilə son illər introduksiya işləri olduqca genişləndirilmişdir. Buradakı işlərin elmi mahiyyəti ilə yanaşı, Abşeronun yaşıllaşdırılmasında və xalq təsərrüfatında yeni dekorativ subtropik ağaclar və kollar, efiryağlı və çiçəkli bitkilər də tətbiq olunur. Onun mövcudluğunun ilk illərindən Cənubi və Şimali Qafkazın , Orta Asiyanın, Krımın və Cənubi Ukraynanın yaşıllaşdırma təşkilatları buradan mübadilə yolu ilə şitillik material əldə etmişlər. Təəssüflər olsun ki, bu gün Mərdəkan Dendrarisində baş verənləri nə bu müəssisənin illərdən bəri formalaşmış nüfuzuna, nə də Milli Elmlər Akademiyasının struktur bölməsi olaraq bir elmi tədqiqat mərkəzinə yaraşdırmaq olmur.

DİA.AZ-a daxil olan məlumatlarda da bildirilir ki, artıq neçə müddətdir ki, bu müəssisənin rəhbərliyi dendraninin bütün fəaliyyətini yalnız şəxsi qazanc əldə etmək məqsədlərinə yönəltmişdir. Məlum olduğu kimi Mərdəkan Dendrarisinə 1996-cı ildən Tofiq Məmmədov rəhbərlik edir. İlk baxışdan belə zənn etmək olar ki, bu müəssisənin bütün problemlərini də Tofiq müəllimdən daha yaxşı başa düşən insan olmamalıdır. Çünki hələ 1986-1996-cı illərdə T.Məmmədov Azərbaycan MEA-nın Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini vəzifələrində çalışmışdır. Lakin görünür zamanın dəyişkənliyi bu elm məbədinə də öz təsirlərini göstərmişdir. İlk növbədə dendrarinin fəaliyyətində belə bir məqam diqqəti çəkir ki, buraya giriş pulludur.

Əlbəttə düşünmək olardı ki, yığılan pullar müəssisənin inkişafına, məsələn elə yeni bitki növlərinin alınmasına və yetişdirilməsinə yönəldilir. Lakin müşahidələr belə qənaətə gəlməyə əsas verir ki, hər giriş üçün alınan 2 manatın müqabilində ziyarətçilərə nə bilet təqdim olunur, nə də qəbz yazılır. Başqa sözlə desək, burada yığılan pulların heç bir hesabatı aparılmır. Daxil olan məlumatlarda diqqət yönəldilən ikinci bir məqam isə dendrarinin ərazisində fəaliyyət göstərən iki kafe ilə bağlıdır.

Bu xüsusda mənbələr dia-az.life-a bildirirlər ki, həmin iaşə obyektlərində kef məclisləri düzənləyənlər özlərini müəyyən müddətə planetin ən ekzotik guşələrində hiss etməkdən böyük zövq alırlar. Digər tərəfdən isə, dendrariyə mənəvi qida arxasınca gələn başqa vətəndaşların, əsl təbiət vurğunlarının bu mənzərədən razı qaldıqlarını düşünmək ən azından sadəlövhlük olardı. Lakin dendrarinin “kommersiya fəaliyyəti” bununla da bitmir.

Aldığımız məlumatlarda bildirilir ki, Tofiq Məmmədov bu müəssisənin ərazisini satışa çıxarıb. Hər halda, Tofiq müəllimin belə bir addımı atmasından “yuxarıların” xəbərsiz olduğunu da söyləmək qeyri-mümkündür.

Onu da bildirək ki, son illərdə Azərbaycanda yüzlərlə park salınıb. Amma bu quruculuq, abadlaşdırma, yaşıllaşdırma işlərində yerli qaynaqlar heç bir vaxt rol oynamayıblar. İndi anlaşılır ki, nədən Bakı meri Hacıbala Abutalıbov Azərbaycan neftinin pullarını xaricdən alınan yaşıllıqlara sərf edirmiş...

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt