Əsas Səhifə > Sosial, Manşet > "`İMTAHAN` adı altında məni işdən azad etdilər..."

"`İMTAHAN` adı altında məni işdən azad etdilər..."


28-06-2024, 09:40
"`İMTAHAN` adı altında məni işdən azad etdilər..."
Dünən Dia-az.İnfo olaraq "Azneft" İstehsalat Birliyinin 28 May NQÇİ özülündə krançı-operator kimi çalışan işçilərdən birinin gileyini təqdim etdik.

"İşçi çatışmır, amma yeni işçi götürmürlər..." - ÖZBAŞINALIQ!

Müraciətdən də aydın olurdu ki, məhz kranda işləyən operator çatışmamazlığından işçilər rəsmən istismar olunur və bu barədə rəhbərliyə edilən müraciətlər qulaqardına vurulur.

Elə zənn etməyin ki, SOCAR strukturlarında işçi qıtlığı səbəbindən bu hal baş verir... Əksinə, məhz rəhbərliyin əmri ixtisarlar aparılaraq ən azından iki işçinin yükü bir ştat maaşı ilə bir işçiyə yüklənir, amma buna rəğmən əlavə işçi götürülmür. Bir daha qeyd edirik, əksinə... olan işçilər də işdən atılır.

Onlardan biri də Yaşar Kərimovdur. Dia-az.İnfo olaraq narazı vətəndaşın gileyini təqdim edirik:

"13 il SOCAR-da Neft Daşları ərazisində kranda maşinisti işləyirdim. İstər əmək fəaliyyətimdə, istər də davranış qaydalarımda hansısa nöqsan olmayıb.

Amma buna baxmayaraq "İMTAHAN" adı altında məni işdən azad etdilər...

Özüm də SOCAR-dan 10 illik müqavilə ilə daxili kredit almışam... hazırda ödəyə bilmirəm...

Buruqda tək krançı idim. İstər gecə... istər gündüz... Hər zaman işimin başında idim... Amma buna baxmayaraq məni ixtisara saldılar..."

Geri qayıt