Əsas Səhifə > Sosial, Manşet > "Sosial yardım üçün müraciət etmişik, amma nə olsun..."

"Sosial yardım üçün müraciət etmişik, amma nə olsun..."


12-07-2024, 09:49
"Sosial yardım üçün müraciət etmişik, amma nə olsun..."
Sabirabad rayon sakini Məmmədova Elnurə Xanoğlan qızı tərəfindən Dia-az.İnfo-ya şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, iyunun 5-dən ünvanlı sosial yardım üçün müraciət etsə də, hələ də cavab yoxdur:

“Mən, Məmmədova Elnurə Xanoğlan qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Ailəliyəm, 2 övladım var. Uşaqların birinin 7, digərinin isə 8 yaşı var. 3-cü övladım dekabr ayında anadan olacaq.

Özüm evdar xanımam. Yoldaşım VÖEN açdırıb. Sosial yardım üçün müraciət etmişik. İyun ayının 5-dən bü günə qədər hələ də cavab gəlməyib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi niyə vətəndaşların müraciətinə bu qədər gec cavab verir, məqsədi nədir?!..”

Geri qayıt