Əsas Səhifə > Sosial, Manşet > Həkim yeməyini evdən gətirmək məcburiyyətində qalır...

Həkim yeməyini evdən gətirmək məcburiyyətində qalır...


18-07-2024, 09:19
Həkim yeməyini evdən gətirmək məcburiyyətində qalır...
Cari ilin aprelin 29-da istifadəyə verilən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yeni binası müasir tələblərə cavab vermə baxımından seçilir.

Yenicag.az xəbər verir ki, bununla belə, Qəbələ sakinlərinin şikayətçi olduğu bir sıra məqamlar var.

Bunlardan birincisi, xəstəxana binasının mərkəzdən çox uzaqda yerləşməsidir. Vətəndaşlar xəstəxanaya gediş-gəlişin özəl avtomobili olmayan şəxslər üçün çətin olduğunu qeyd edirlər. Uzaq kəndlərdən xəstəxanaya gələnlər bildirirlər ki, sadəcə 10-15 manat yola xərcləmək məcburiyyətində qalırlar.

İkinci çətinlik isə həm xəstələrin, həm də həkimlərin ortaq probleminə çevrilib. Belə ki, xəstəxənada mətbəx olsa da, kafe yoxdur. Buna görə də hər bir həkim yeməyini evdən gətirmək məcburiyyətində qalır, bütün günü xəstəxanada keçən xəstələr isə ac qalırlar.

Xəstəxandakı yeni növbə cihazlarının işləməməsi də şikayətlər arasındadır. Buna görə də növbələr zamanı basabas yaranır, vətəndaşlara xidmət göstərilməsi axsayır.

Geri qayıt