Əsas Səhifə > Sosial, Manşet > Dövlət qurumlarında «nurçu ovu»nun yeni mərhələsinə start verilir

Dövlət qurumlarında «nurçu ovu»nun yeni mərhələsinə start verilir


28-03-2014, 11:37
Dövlət qurumlarında «nurçu ovu»nun yeni mərhələsinə start verilir
DİA.AZ: - Dövlət Neft Şirkətində, Bakı şəhər icra hakimiyyətində və daha bir neçə dövlət qurumlarında nurçulara qarşı xüsusi hərəkətlənmə başlayıb. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, son günlər hakimiyyət daxilində start düyməsi başlayan «nurçu ovu» yeni mərhələsinə qədəm qoyub.

Mənbənin dia-az.life-a söylədikləri: «Məlumdur ki, zaman-zaman adları çəkilən dövlət qurumlarının da müxtəlif dini kəsimlərlə əlaqələri və yaxud da müxtəlif təriqətlərə tapınan dini radikalların bu dövlət qurumlarında mühüm mövqe tutmaları ilə bağlı ilginc məlumatlar mətbuatda yer alıb. Hətta ARDNŞ rəhbərliyinin özü belə nurçularla sıx münasibətlərdə ittiham olunub».

Mənbə iddia edir ki, «yuxarılar»ın təzyiqi altında artıq dövlət qurumlarında tarama işlərinə başlanılıb: «Hələlik nurçu və vəhabi təriqətindən olan kadrların siyahıları tutulur. Maraqlıdır ki, iranmeyilli dindarlarla bağlı hər hansı hərəkətlənmə mövcud deyil».

Mənbə bildirir ki, siyahılar tutulduqdan sonra onlarla bağlı hansı qərarın veriləcəyini təxmin etmək o qədər də çətin deyil: «Çox güman ilk başdan vəzifəli radikal dindarlar işdən atılacaq ki, bu prosesdə kütləvilik halı yaranmasın».

Geri qayıt