Əsas Səhifə > Sosial, Manşet > Zəfər Qurbanov daha bir müddətə rektor postunda qalarsa...
Zəfər Qurbanov daha bir müddətə rektor postunda qalarsa...29-07-2024, 09:31 |
30 illik əzab-əziyyətdən sonra torpaqlarımızın şərəfli SAVAŞ yolu ilə azad edilməsinin ardından ümummilli leksikonumuzda ən mübarək yerlərdən birini tutmaqda olan ZƏFƏR... ZƏFƏR YOLU kimi kəlmələr maləsəf ki, bütün ünvanlarda eyni uğurla, eyni fərəhlə istifadə olunmur. Məsələn, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru postunu Zəfər Qurbanov adlı elmdən kənar bir sima tutmaqdadır. Və maləsəf ki, adı Zəfər olan bu rektorla elmimiz heç də hansısa qələbəyə ümid edə bilməz... Bunu elə Dia-az.İnfo-ya daxil olan ADAU müəllimlərinin növbəti müraciətindən də anlamaq olar. Müəllimlər yazırlar: Əvvəli BURADA: Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR... Yazının DAVAMI: "Azərbaycan Dövlət Aqrar Universitetində Aqrar-İqtisadiyyat fakültəsində yazılı olan imtahanların hamısını kənardan komissiya gəlib yenidən qiymətləndirsə, məlum olar ki tələbələrin cavablandırdıqları nəticənin 85-90 faizi 2 qiymətə layiqdir. Son vaxtlar 12 kafedranın birləşdirərək 6 kafedra yaradıb. Burada məqsəd ancaq rüşvət yığmaqdan ibarətdir. Onu da qeyd etmək istəyirik ki, Zəfər Qurbanovun işlədiyi iki il müddətində bir dənə belə olsa daşı daş üstünəə qoymayıb, Görülən işlərin hamısı keçmiş Rektor İbrahim Cəfərovun işləridir. Hazırki rektor isə quruculuq yox, dağıdıcılıq fəaliyyəti ilə məşğuldur. Əgər bunun son iki ildən az olan dövrünü yoxlatdıran olarsa, büdcədən milyonlarla pulun talan olduunduğu aşkara çıxacaq... Biz ADAU müəllimləri olaraq ölkə rəhbərliyinə müraciət edirik: Hörmətli Prezident, əgər Zəfər Qurbanov bir-iki il daha bu şəkildə davam etsə, Azərbaycan Dövlət Aqrar Universiteti məhv olacaq..." DAVAMI MÜTLƏQ OLACAQ... Geri qayıt |