Əsas Səhifə > Sosial, Manşet > Naxçıvanda talıbovdanqalma İMƏCLİK MƏRƏZİ

Naxçıvanda talıbovdanqalma İMƏCLİK MƏRƏZİ


9-08-2024, 08:22
Naxçıvanda talıbovdanqalma İMƏCLİK MƏRƏZİ
Naxçıvanda iməcliklərin keçirilməsi Vasif “xan”ın kəşfidir. Muxtar Respublikanın təbiətini ekologiyasını qorumaq üçün keçirilir. Yayda istidən, qışda soyuqdan dad edən bu diyarın məmurları illərdir etiraz etmələrinə baxmayaraq, Naxçıvanda iməcliklərə son qoyulmayıb.
Əksinə, “xan” kürsüsünü “canişin” əfəndiyə verəndən iməcliklərin sayında artımların olduğu bildirilir. Ordubad sakinlərindən birinin redaksiyamıza göndərdiyi məktubda deyilir:
Mənim özüm 8 ildi (Ordubad rayonu) Mədəniyyət (İdarəsində) xadiməçi işləyrəm. Bu adam (Naxçıvan Mədəniyyət Nazirliyinin rəhbərliyi nəzərdə tutulur) gələndən ancaq mənasız və gic-gic işlərlə məşğuluq. Səviyyəsiz tapşırıqlar verilir bizə! Məsəl üçün, güllərin üzərindəki tozları təmizləmək , daşları rəngləmək, nə bilim, ağacların üzərindəki qarışqaları öldürmək kimi. Bilirəm, sizlərə gülməli gələcək, ama bu adamların bir qram da olsa, dövlət işindən başı çıxmır”.
Şikayətçinin bildirdiyinə görə, oğlu da Mədəniyyət İdarəsində işləyir: “Onlara da eynilə belə əziyyət verirlər. Görmüşük ki, iməclik ancaq 6-cı günlər olar da. Bu adamlar isə həftənin 4 günü iməclik keçirirlər. Keçən həftə oğlumgili aparmışdı Duzdağ ərazisinə iməcliyə. Günün altında 6 saat saxlatdırıblar orda! Qurana and olsun ki, oğlumun bədəni günvurmadan səpib. Pulumuz da yoxdur ki, günvurmanın orqanizmimizə vurduğu zərəri ortadan qaldıraq”.

Ovqat.Com

Naxçıvanda talıbovdanqalma İMƏCLİK MƏRƏZİ
Naxçıvanda talıbovdanqalma İMƏCLİK MƏRƏZİ
Naxçıvanda talıbovdanqalma İMƏCLİK MƏRƏZİ

Geri qayıt