Əsas Səhifə > Sosial, Manşet > Sumqayıtda səhiyyənin ACINACAQLI DURUMU...

Sumqayıtda səhiyyənin ACINACAQLI DURUMU...


19-08-2024, 09:00
Sumqayıtda səhiyyənin ACINACAQLI DURUMU...
"Sumqayıtda sığorta ilə bağlı olaraq bütün həkimləri 5 saylı uşaq poıiklinikasına toplayıblar..." Dia-az.İnfo bildirir ki, bu barədə Sumqayıt sakininin gileyində bildirilir.
Narazı vətəndaş daha sonra yazır: "Hər uşaq üçün əvvəlcə ayrı-ayrı mikrorayon poliklinikalarındakı sahə həkimlərinin yanına gedilir, onlar şikayətlər üzrə- göz, burun, cərrah və s. sahələr üzrə təqdimat verir, kompyuter arxasında oturan xanımlar çek verir və səni 5 saylı poliklinikaya göndərirlər. Əsl həngamə bundan sonra başlayır.
Hər səhər saat 8-dən növbəyə insanlar, uşaqlar ( körpələr və 18 yaşa qədər uşaqlar) və valideynləri yığılır. saat 9-dan guya işə başlayan işçilərdən bəzən biri, bəzən isə 2-3 nəfər 50-60 valideynə ( bəzən daha da çox olur) çek verməyə başlayır. Valideynlər arasında növbəyə görə narazılıq, səs-küy yaranır. Xüsusilə də, əgər yaydırsa, vəziyyəti təsəvvür edin. Buradsn birtəhər çek alan valideyn sonra saatlarla, hətta günlərlə həkimin, rentgenin, analizin qapısında növbədə durur.
Bu necə qayda qanun yaratmaqdır. Analiz vermək üçün uşaq ac qarına saat 8-də evdən çıxır, saat 10:30, 11-də analiz götürülür. (Hər yaşdan uşaq olur.) Analizdən sonra da uşağın halı pisləşir.
Hələ analiz nəticəsini götürəndən sonra görək neçə gün həkim qapısında yatmalıyıq?
Bir problemə görə bir həftə xəstəxana qapılarındayam. Sığorta pulsuz demək deyil. 18 ildir təhsil sahəsində işləyirəm. Əvvəl də pulumu verib bu işləri görürdük. Ancaq bu qədər qapılarda yatmırdıq. Sığorta tətbiq ediləndən sonra da maaşımdan hər ay müəyyən məbləğ çıxılır. Ancaq burnumuzdan gətirilir.
Ya bu yeni biabırçı sistemi ləğv edin, ya da sığortanı ləğb edin. Ayıbdır. 21-ci əsrdir. Bizdə hələ də sovet dövrünün növbəsi davam edir..."

Geri qayıt