Əsas Səhifə > Sosial, Manşet > Qarabağ veteranı əlillik dərəcəsi ala bilmir

Qarabağ veteranı əlillik dərəcəsi ala bilmir


5-09-2024, 10:16
Qarabağ veteranı əlillik dərəcəsi ala bilmir
Tovuz rayonu, Asağı Quşçu kənd sakini Hüseynov Hüseyn Hacı oğlu tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, əlillik dərəcəsi ilə bağlı müraciətinə haqsız yerə imtina cavabı gəlib:

“Mən, Hüseynov Hüseyn Hacı oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1-ci Qarabağ müharibəsi veteranıyam. Avtoqəza nəticəsində ağır xəsarət almışam. Qəzadan sonra Respublika Klinik Xəstəxanasında qolumdan əmaliyyat, qapalı döş qəfəsinin travmasından müalicə olmuşam.

2021-ci il iyul ayında isə qapalı kəllə beyin travması, onurğa fəqərələrinin qəlpəli sınığı diaqnozu ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına köçürülmüşəm. Əmaliyyatdan sonra evə buraxılmışam. Qeyd edim ki, Tovuz xəstəxanasının ekspertiza rəyindən sonra tibbi sosial ekspert komissiyasının rəyindən dərəcə təyin olunmayıb. Ağır dərəcədə yataq xəstəsiyəm”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məsələnin araşdırıldığını və redaksiyamıza məlumat veriləcəyini bildirib.

Geri qayıt