Əsas Səhifə > Sosial, Manşet > Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb?
Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb?16-09-2024, 11:35 |
Keçən günlərdə "Azəriqaz"da işçilərin az qala şərlənməsi ilə bağlı açıq faktları təqdim etdik. YAZISI BURADA: Azəriqaz`da işçini BELƏ ŞƏRLƏYİRLƏR... - "55 gün məzuniyyətdə olmagıma baxmayaraq..," Dia-az.İnfo bildirir ki, bu olayın ardından növbəti "Azəriqaz" çalışanı üzləşdiyi problemi ictimailəşdirib. Elmin Rəhimov bu barədə gileyini belə ifadə edir: "Sanki bütün işlərdə işçilər günahkar çıxır. Səlahiyyətli şəxslər deyir, bu iş səf etmirsə, niyə işləyirsiz... Deyirəm, bizim 8 saatlıq iş rejimimiz var, nə deyirlərsə, biz həmin işləri görürük... Bu barədə məndə əsaslı sübutlar da var... Lazım olduğu halda təqim edə bilərəm. Amma azda olsa bu "üstü unnu" qara fəhləni nəzərə alın... Aldığımız maaş bəllidir... 7 min almırıq... 10 min manat almırıq... Təzəlikcə ezamiyyətlərə çıxmaqda da müəyyən çətinliklər yaranıb. Bunun axırı nətər olacaq, bilmirik... Həftənin dörd gününü 90 manat, beşinci günü 27 manat olmaqla tam iş günü işlədirlər və altıncı günü də əlavə olaraq... Bir sözlə, "Azəriqaz"da qanun pozuntularının sayı-hesabı yoxdur. Araşdırılması vacibdir..." Geri qayıt |