Əsas Səhifə > Sosial, Manşet > Vəhabiləri Azərbaycana qarşı hansı məmurumuz qızışdırır?
Vəhabiləri Azərbaycana qarşı hansı məmurumuz qızışdırır?7-04-2014, 10:06 |
DİA.AZ: - Son günlər səsləri Suriyadakı döyüşlərdən gələn Azərbaycan vəhabiləri ölkələrini də «unutmayıblar». Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan bəlli olur ki, özlərini «sələfi» və «xavaric» kimi adlandıraraq iki xətt üzrə parçalanan vəhabilərin bu gün ciddi şəkildə təşkilatlanmaları da təsadüfi deyil. Etibarlı mənbənin söylədikləri: «Onların liderləri bu gün Prezident Administrasiyası tərəfindən yönəldilir. Bu faktdır. Və bu fakt dəfələrlə müxtəlif üsullarla sübuta yetirilib». Mənbə xatırladır ki, bir neçə il əvvəl rəsmi Bakının Əbu-Bəkr məscidini bağlamasına etiraz olaraq Küveytin xeyriyyə fondlarından birinin Azərbaycana hər il 200 milyon yardım ayırmasını durdurması faktı da ciddiyə alınmalıdır: «Buradan da görmək olar ki, vəhabilərin Azərbaycanda fəaliyyəti üçün haqq ödəyənlər var. Amma bu haqqı kim alır? Sübuta yetirilib ki, sözügedən 200 milyon dollar PA-dakı işbaz çevrələr tərəfindən mənimsənilib və Azərbaycanda hansısa xeyriyyə tədbirinə yönəldilməyib. Yəni bu da o deməkdir ki, həmin pul elə vəhabilərin mövcudluğu üçün ayrılırmış». Mənbəmiz iddia edir ki, hələ də Küveytə aid müxtəlif istiqamətlərdən həmin işbaz çevrəyə külli miqdarda pul ötürülür: «Həmin qüvvələr bu gün Azərbaycanda vəziyyətin daha da kriminal mahiyyət almasına çalışırlar. Ona görə də nəzarətlərində olan vəhabiləri dövlətə qarşı qızışdırmaqla məşğuldurlar». Belə bir təlimatın bu günlərdə vəhabilərə verildiyini bildirən mənbəmiz əlavə etdi ki, yaxın günlərdə, əsasən ölkəmizin şimal bölgələrində vəhabilərlə ənənəvi din mənsubları arasında süni gərginlik yaradılacaq: «Bu məqsədlə hətta «büdcədən» pul da ayrılıb». Məlumatı verən mənbə maraqlı bir faktı da açıqladı: "Azərbaycan Milli Məclisində konkret olaraq Suriyada döyüşən vəhabilərə qarşı qəbul olunan qərar Küveyt rəhbərliyi tərəfindən qıcıqla qarşılanıb və vəhabilərin PA-dakı adamı olan həmin məmurdan rəsmi Küveyt tərəfindən hesabat da istənilib. Maraqlı orasıdır ki, həmin PA rəsmisi Küveyt şeyxlərinə "gücsüzük, üzərimizə çox gəlirlər" şəklində açıqlama verib. Küveytdən isə əvəzində "o zaman güc olduğumuzu sübut edərik" cavabı verilib ki, bu da nəticədə Azərbaycanda vəhabilərin süni gərginliklər yaratması qərarının verilməsinə gətirib çıxarıb". Geri qayıt |