Əsas Səhifə > Sosial, Manşet > Şamaxıda müavinləri icra başçısının maddi maraqları naminə özlərini “oda yaxırlar”

Şamaxıda müavinləri icra başçısının maddi maraqları naminə özlərini “oda yaxırlar”


9-04-2014, 10:19
Şamaxıda müavinləri icra başçısının maddi maraqları naminə özlərini “oda yaxırlar”
DİA.AZ: - Şamaxıda icra başçısı Asif Ağayevin müavinləri Qasım Qasımovla və Ağamustafa Vahidov rayonda büdcə təşkilatlarında "reydə" çıxıblar. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, adları keçən məmurlar büdcə təşkilatlarından artıq ay ərzində çox ciddi həcmdə xərac yığıblar. Adını da qoyublar ki, Asif Ağayev vəzifəsində qala bilməsi üçün bu günlərdə xərcə düşüb, ondan “yuxarılar” aldığından, o da “aşağılardan” yığmaqla itkisini təlafe edir.

Bu barədə redaqksiyamıza şikayətçi düşən sakinlər bildirir ki, yerli idarə müdirləri artıq başçının pulqığma lampaniyalarından usanıblar: “Sanki idarə müdirləri ilə sahibkarları növbə ilə talayırlar. Vəziyyət bu şəkildə davam edərsə, Şamaxıda başçıya qarşı “BURJUA İNQİLABI” baş qaldıra bilər. Çünki bu dəfə narazı salınanı məhz yerli məmurlar, yerli sahibkarlar və imkanlı vətəndaşlardır”.

Məlumatlarda bildirilirdi ki, müavinlərin qanunsuz hərəkətləri təkcə bununla bitmir: “Qasım Qasımov Qarabağ əlilləri üçün nəzərdə tutulmuş binanın tikintisindən həm özü istifadə edib, həm də evlərin paylanması zamanı əvvəlcədən Qarabağ əlillərinə verecək evlərin hər mənzilinin qarşılığında onlardan 5-10 min manat arasında rüşvət alıb. Müəyyən şikayətlərdən sonra Şamaxı rayon prokrorluğu Qasım Qasımov baradə cinayət işi qaldırıb. Sonra hansısa səbəblərdən cinayət işini Qobustan rayon prokrorluğu davam etdirib. Bir müddət isə aparılan cinayət işi Qobustan rayon prokrorluğu tərəfindən xitam verilib.

Adları şəkilən bütün tərəfləri dinləməyə hazırıq...


Geri qayıt