Əsas Səhifə > Sosial, Manşet > İrandan Azərbaycana qarşı yenə ittiham gəldi – “Sionizm və ABŞ, Azərbaycan Respublikasında bazalar yaradıblar”
İrandan Azərbaycana qarşı yenə ittiham gəldi – “Sionizm və ABŞ, Azərbaycan Respublikasında bazalar yaradıblar”14-04-2014, 09:21 |
DİA.AZ: - Deyəsən, fars-molla rejimi üçün hansısa tövbənin əhəmiyyəti yox imiş. Hər halda, İranda keçən həftə rəsmi səfərdə olan prezident İlham Əliyevin bu addımının artıq iki ölkənin münasibətlərində yeni düzənin qurulacağına işarə olduğu iddia edilirdi. Amma görünəni odur ki, İran tərəfi İlham Əliyevin səfərindən razı qalmayıblar. Yəni İlham Əliyevdən Tehranda istədiklərini ala bilməyiblər. Elə buna görə də Azərbaycana qarşı molla mətbuatında ənənəvi təbliğat yenə də davam etdirilməkdədir. Halbuki prezidentlərin görüşündə bu məqamla bağlı xüsusi açıqlamalar da verilmişdi. DİA.AZ olaraq fars-molla rejiminin xüsusi xidmət orqanlarına aid olan və antiAzərbaycan ruhlu təbliğatı ilə seçilən “AranNews” portalında yer almış iranın tanınmış dindarlarından birinin müsahibəsini olduğu kimi diqqətinizə təqdim edirik. “Fatimiyyə günlərində Təbrizin İmam Xomeyni (rh) müsəllasında əxlaq məclisləri təşkil edilmişdi və Azərbaycan Respublikasından gəlmiş bir sıra gənclər də bu məclislərdə iştirak edirdilər. Bu da höccətül-islam vəl-müslimin Füruği ilə qısa söhbət etməyimizə səbəb oldu. - Təbrizin böyük müsəllasında təşkil edilmiş əxlaq məclislərində Azərbaycan Respublikasından qonaq gəlmiş gənclər də iştirak edirdilər. Bu iştirakı necə dəyərləndirirsiniz? - Belə düşünürəm ki, Azərbayacan Respublikasında mənəvi bir inqilab formalaşmışdır. Bu ölkənin gəncləri öz pak fitrətləri, İslam və əhli-beyt (ə) nuru əsasında belə məclislərdə iştirak edirlər və bunun üçün şükür etmək lazımdır. Əhli-beytə (ə) sevgi nurunun əsasında başdan-başa bütün dünyada mənəvi və ilahi inqilab yaratmaq və bu bərəkətli inqilabdan istifadə etmək mümkündür. - Azərbaycan müsəlmanları qarşısında bizim vəzifəmiz nədir? Və iki ölkə şiələrinin bir-birinə yaxınlaşmasına nə kömək edə bilər? - Bizim əsil kimliyimiz dini və islami kimlikdir. Həyatımızda qeyri-dini və yalançı kimliklər bu əsil dini kimliyin yerini tutmamalıdır. Çünki bu kimliklər insanın təkəbbür və qüruruna səbəb olur. Peyğəmbər (s) Məkkəni fəth etdiyi zaman özü buyurdu ki, ərəblik mənim ayaqlarım altındadır və sübut etdi ki, ərəb yaxud əcəm olmaqda bir fəxr yoxdur və meyar təkcə təqvadır. Dini kimliyi olmayan və dini məsələlərdə geri qalan şəxslər milliyyət və irqçilik məsələsini ortaya atırlar. Milliyyəti, Allahın yerinə qərar verirlər. Əgər biz Allahı öz lazım olan yerində qoruyub saxlaya bilsək, onda fars, türk, ərəb, əcəm hamısı öz yerində dayanacaq, meyar da təkcə təqva olacaq. Müsəlmanlar arasında insanları öz milliyyətinə görə təbəqələşdirmək, batil və puç düşüncədir, islami düşüncə deyil. Belə bir təfəkkürlə qarşılaşmaq lazımdır. Biz hamımız müsəlmanıq və bizim üçün dəyərli olan əsillərin ardınca getməliyik. Azərbaycan Respublikasında müsəlmanların 85 faizi şiələrdir. Onlar bizim din qardaşlarımız hesab olunur və onların dərdi bizim dərdimizdir. Milliyyət məsələsini araya salanlar fikri böhrana düşmüş adamlardır, din və məzhəb məsələsi onlar üçün həll olmayıb. - Ustad Füruği, Azərbaycan dövlətinin milliyyətçilik hücumları ilə qarşılaşmasını necə dəyərləndirirsiniz? - Sionizm və ABŞ, Azərbaycan Respublikasında bazalar yaradıblar. Təbii ki, dövlət başçıları da bu qərb təfəkküründən uzaq qala bilməyəcəklər. Dövlət rəhbərlərindən görünən bəzi rəftarlar qəbul ediləsi deyil. Bu ölkədə din və hicab kimi məsələlərdə dini hökmlərin davamçıları olan bir sıra dindarlar həbsxanalara salınmışdır. Ölkədə şiəlik məktəbinin təbliği çoxlu problemlərlə üzləşmişdir. - Ustad, hansı mövzuları xatırlatmağı lazım görürsünüz? - Hamımız elə rəftar etməliyik ki, imam Zamanın (əc) gəlişi üçün şərait yaransın. Mən bəşərin gələcəyinə qarşı bədbin deyiləm. Mövud üçün intizar, yəni imamın (əc) gəlişinin intizarında olanların hamısı gələcəyə xoş baxırlar. Bir gələcək ki, onda ədalət, tövhid, insanlıq öz yüksək həddinə çatacaq. Elə bir gələcək ki, insanın ən uca hədəfli arzuları onda gerçəkləşəcək. O gün heç bir sərhəd tanımayan bir hökumət olacaq və yalnız İslam hakim olacaq”. Geri qayıt |