Əsas Səhifə > Sosial, Manşet > Azərbaycan Rusiyaya qarşı Ukrayna ilə birgə savaşmaqdan niyə imtina edib?

Azərbaycan Rusiyaya qarşı Ukrayna ilə birgə savaşmaqdan niyə imtina edib?


16-04-2014, 10:11
Azərbaycan Rusiyaya qarşı Ukrayna ilə birgə savaşmaqdan niyə imtina edib?
DİA.AZ: - Hələ Ukraynada hadisələr yeni alovlanarkən DİA.AZ olaraq çox ilginc bir informasiyanı diqqətinizə təqdim etmişdik. Söhbət GUAM ölkələrinin Rusiyaya qarşı eyni anda savaşmasından gedir. Məlumdur ki, GUAM Qərbin postsovet məkanında çox ciddi layihələrindən biridir və haqlı olaraq Avropada GUAM-ı Avropa Birliyinin uzantısı adlandırırlar.

Bu gün də görünəni odur ki, Rusiya ilə toqquşmaq zorunda qalan Ukraynanın müharibədən başqa çıxış yolu qalmayıb. Artıq hərbi qüvvələrinin hesabına problemi yoluna qoymağa qərar verən rəsmi Kiyevin bu addımının Kreml tərəfindən anoloji qaydada cavablandırılacağı da şübhəsizdir. Bu isə Ukraynada «vətəndaş müharibəsi» kimi təqdim olunan Rusiya-Ukrayna savaşını qaçılmaz edir.

Azərbaycan Rusiyaya qarşı Ukrayna ilə birgə savaşmaqdan niyə imtina edib?

DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyada bildirilir ki, həqiqətən də Qərb Ukrayna-Rusiya yox, GUAM-Rusiya savaşında maraqlı olub: «Sadəcə olaraq bu planı ruslar pozdular. Azərbaycan Rusiya ilə Qarabağda, Moldova Dnestryanı əərazilərdə, Gürcüstan isə Abxaziya və Osetiyada savaşmalı idi.

İlk dəfə idi ki, Avropaya aid təşkilatlar, tanınmış simalar Azərbaycanın Qarabağ haqqını etiraf edirdilər və bu problemin həlli prosesində dünənə qədər nümayiş etdirdikləri ənənəvi manipulyasiyalarını tənqid edirdilər.

Amma bu halda belə onlar Azərbaycanı savaşa təhrik edə bilmədilər ki, bunda da Rusiyanın müstəsna rolu var. Yəni ruslar prosesə müdaxilə etdiklərindən Ukrayna Rusiya ilə hərb meydanında tək savaşmalı olacaq».

Azərbaycan Rusiyaya qarşı Ukrayna ilə birgə savaşmaqdan niyə imtina edib?

Mənbəmiz iddia edir ki, rəsmi Bakıya müxtəlif istiqamətlərdən təzyiqlər edən Kremlin sifarişi ilə hətta Azərbaycanda separatizmin qızışdırılması ideyası də təkrarən aktuallaşdırıldı: «Dağıstan istiqamətindən gələn təhdidlər bu qəbildən idi. Və rəsmi Bakı anladı ki, Kreml Ukrayna uğrunda nümayiş etdirdiyi «küt siyasətinin» sərt üzünü Bakıya qarşı da eyni qaydada tətbiq edə bilər».

Azərbaycan Rusiyaya qarşı Ukrayna ilə birgə savaşmaqdan niyə imtina edib?

Məhz bu səbəbdən Azərbaycanın ehtiyatlı mövqeni seçmək zorunda qaldığını iddia edən məlumatlı mənbə bildirir ki, eyni qaydada Gürcüstan rəsmiləri də araya salıb Abxaziya və Cənubi Osetiya problemlərinin həllinə maraq göstərməyəcəklər: «Ruslara qarşı yalnız Moldovanın ikinci cəbhə açacağı ehtimalı yüksəkdir və bu gün Qərb məhz bu planın üzərində işləyir. Artıq Ukraynaya Qərb tərəfindən müharibə xeyir-duası verilib. Və çalışılır ki, Rusiyanı bir neçə səngərdə döyüşməyə məcbur edib, prosesin Kremlin maraqları məcrasında inkişafının qarşısı əngəllənsin».

Geri qayıt