Əsas Səhifə > Sosial, Manşet > İcra başçılarının ələmə prosesində növbəti qurbanlar kimdir? – İki rayonun icra başçısı iynə üstündə oturub

İcra başçılarının ələmə prosesində növbəti qurbanlar kimdir? – İki rayonun icra başçısı iynə üstündə oturub


17-04-2014, 10:04
İcra başçılarının ələmə prosesində növbəti qurbanlar kimdir? – İki rayonun icra başçısı iynə üstündə oturub
DİA.AZ: - Dünən məlum olduğu kimi, prezident İlham Əliyev Tərtər rayon icra hakimiyyəti başçısı Ceyhun Cəfərivu Kürdəmirə başçı təyin etdi. Kürdəmir və Ağdam rayon İH başçıları isə birfədəlik olaraq görəvlərindən alındılar.

DİA.AZ xatırladır ki, əslində neçə müddətdir bir sıra rayon rəhbərlərinin vəzifələrindən alınacaqları barədə informasiyaları təqdim etmişik. Redaksiyamıza daxil olan son informasiyalardan isə aydın olur ki, artıq onlardan daha 2-si ilə bağlı qərar hazırdır. Hətta bəzi qaynaqlar dia-az.life-a bildirib ki, konkret olaraq Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Ağsu rayon İH rəhbəri Ənvər Seyidəliyev Bakıya çağrılıblar.

Qeyd edək ki, hər iki icra başçısı həm də “arxalı RİH rəhbərlərindən hesab olunurlar. Belə ki, Ənvər Seyidəliyevin yaxın qohumu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutur. Mübariz Əhmədzadə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədir Əhməd Əhmədzadənin qardaşıdır. Görünür, hamilərinin olması faktı belə prezidentin bu iki icra başçısı ilə bağlı qərar verməsinə əngəl olmayıb.


Geri qayıt