Əsas Səhifə > Sosial, Manşet > Sahibkarlar lisenziya monapoliyasından narazılıq edir - Bu gün 300-dən artıq lisenziya mövcuddur
Sahibkarlar lisenziya monapoliyasından narazılıq edir - Bu gün 300-dən artıq lisenziya mövcuddur22-04-2014, 10:29 |
DİA.AZ: - Redaksiyamıza bir qrup sahibkar adından müraciət anonim olaraq şikayət məktubu daxil olub. DİA.AZ-a ünvanlanan şikayət məktubunda deyilir: “Biz, Bakı şəhərində fəaliyyət göstərən bir neçə sahibkar, qarşılaşdığımız bir problemi diqqətinizə çatdırmaq istəyirik. Ölkə başçısının rüşvətə, korrupsiyaya, süründürməçiliyə qarşı etdiyi çıxış hamımızda bir ümid alovlandırdı. Bu sahədə təbii ki, müəyyən işlər də görüldü. Lakin, ölkəmizdə sahibkarların fəaliyyət göstərməsi üçün demək olar ki, bütün sahələrdə lisenziya bəhanəsilə maneçiliklər törədilməkdədir. Vaxttilə ümummilli liderimiz, mərhum prezident Heydər Əliyev bu lisenziyaların hamısını ləğv etmişdi, lakin sonradan bunlar yenə də meydana çıxdı və ciddi olaraq problemimizə mevrilməyə başladı. Demək olar ki, bütün nazirliklərin ixtiyarında həddən artıq lisenziya vermə səlahiyyətləri vardır. Bu gün 300-dən artıq lisenziya mövcuddur. Misal üçün: nəqliyyat, yükdaşıma, turizm, tikintinin hər növü və s. Bu qədər lisenziya həqiqətənmi lazımdır? Biz müəyyən sahələrdə lisenziyanın əleyhinə deyilik. Lakin, bu lesenziyaların verilməsindəki süründürməçilik demək olar ki, bizi bezdirib. Beləliklə də açıq-aydın inhisarçılığa yol verilmiş olur. Nazirliklər lisenziyaları istədikləri adama və ya şirkətə verməklə həmin sahələri öz nəzarətləri altında saxlayırlar. Ümidvaıq ki. Bu məsələni işıqlandıracaq və aidiyyəti qurumlar müvafiq nəticələr çıxaracaqlar. Ancaq ümid edirik yüksək səviyyədə bu məsələyə münasibət bildirilə və bəlkə də beləliklə sahibkarlığın inkişafına töhfənizi vermiş olarsınız. Unutmamaq lazımdır ki, bir ölkənin inkişafı, o ölkənin iqtisadiyyatına, iqtisadiyyatda isə sahibkarlığın inkişafı əsas meyardır. Güvənliyimiz və kiçik də olsa biznesimizin təhlükəsizliyi məqsədi ilə bu müraciəti anonim yazmaq məcburiyyətindəyik”. Geri qayıt |