Əsas Səhifə > Sosial, Manşet > Ziya Məmmədovun vəzifəsindən nə vaxt alınacağı bəllidir - Komanda yoldaşları NN şefi üçün ağır üsulu seçməyiblər
Ziya Məmmədovun vəzifəsindən nə vaxt alınacağı bəllidir - Komanda yoldaşları NN şefi üçün ağır üsulu seçməyiblər25-04-2014, 12:22 |
DİA.AZ: - «Nəqliyyat naziri Ziya Məmmədov bu ilin may ayının sonlarına yaxın görəvindən azad ediləcək». Bu ilginc məlumat DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlar tərəfindən ötürülüb. Xatırladaq ki, neçə gündür Ziya Məmmədov və onun ən yaxın çevrəsi ilə bağlı dünənə qədər ictimaiyyətdən gizlin tutulan şok faktlar bir-birinin ardından mətbuatda yer alır. Bu isə artıq NN şefinin dövranının bitməsi kimi qəbul edilir. Məlumatlı mənbə dia-az.life-a açıqlamasında bildirir ki, əslində Ziya Məmmədov məlum «qırmızı xətti» keçib: «Təbii ki, bu ölkədə hansısa məmura qarşı kampaniyanın aparılması təsadüfən baş verə bilməz. Başlayarsa belə, təsadüfi olduğu halda anındaca durdurular. Yəni bu o deməkdir ki, artıq Ziya Məmmədovun gedişi üçün hazırlanan zəmin «yuxarılarla» razılaşdırılıb». Qaynaq bildirir ki, Ziya Məmmədov kifayət qədər şəbəkəyə malik bir fiqur olduğundan onunla bağlı qərar bir günün içində verilə bilməzdi: «Ziya Məmmədovu ya Əli İnsanov kimi birdəfəlik həbs edib, çevrəsini də sərt formada cəzalandırmalı idilər. Ya da indiki variant həyata keçirilməli idi. Görünür, komanda yoldaşları NN şefi ilə vidalaşma üçün ən ağır üsulu seçməyiblər». Geri qayıt |