Əsas Səhifə > Sosial, Manşet > İcra başçısının qohumunun toyuna dövlət büdcəsi hesabına bəxşiş

İcra başçısının qohumunun toyuna dövlət büdcəsi hesabına bəxşiş


29-04-2014, 10:15
İcra başçısının qohumunun toyuna dövlət büdcəsi hesabına bəxşiş
DİA.AZ infom.az-a istinadən ilginc bir məlumatı təqdim edir. Sözügedən portalın cənun bürosuna daxil olan məlumatda deyilir ki, Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevn qohumuna toy hədiyyəsi olaraq “Toyota Prado” markalı avtomobil bağışlayıb.

Daxil olan məlumatda qeyd olunur ki, baş həkimin maşın aldığı şəxs- Ağayev Elvin Turab oğludur. Onun bank hesabına xəstəxanaya ayrılan büccə vəsaitindən 41 000 manat pul ödənilib .

İcra başçısının qohumunun toyuna dövlət büdcəsi hesabına bəxşiş

Qeyd olunan maliyyə vəsaiti hesabına aparılan bu əməliyyat, sənədləşmədə “dəftərxana ləvazimatı almaq ” adıyla qeydiyata düşüb.

DİA.AZ bildirir ki, hər halda bu məsələnin səhiyyə nazirliyi tərəfindən araşdırılmasına ciddi ehtiyac var.

Geri qayıt