Əsas Səhifə > Sosial, Manşet > Abdolbari Goozalın dükanlarından nazirliyə şikayət olunacaq - Narazı vətəndaş «Bazarstore»dan giley edir
Abdolbari Goozalın dükanlarından nazirliyə şikayət olunacaq - Narazı vətəndaş «Bazarstore»dan giley edir5-05-2014, 09:56 |
DİA.AZ: - Azərbaycanın qida sənayesində mühüm yeri olan «Azərsun» Holdinq şəbəkəsinə aid «Bazarstore» mağazalar şəbəkəsində müştərilərin aldadılması ilə bağlı buna qədər bir neçə faktı diqqətinizə çatdırmışdıq. Bu dəfə isə DİA.AZ redaksiyasına oxucularımızdan biri şikayət məktubu ünvanlayaraq Abdolbari Goozalın mağazalarındakı yalançı kampaniyalardan danışır. Şikayətçi dia-az.life-a yazır: «Əslində bu mağazalar şəbəkəsində məhsulların qiyməti ucuz deyil. Sadəcə olaraq, hər çeşiddə məhsulun olması alıcıların işini asanlaşdırdığından müştəri bolluğu hər zaman var. Elə mən də həmin rahatçılıq axtaran müştərilərdən biri kimi daima «Bazarstore»dan alış-veriş edirəm. Ona görə də şəbəkənin bütün kampaniyalarını diqqətlə izləyir və daimi endirim-kartına da malikəm». Vətəndaş yazır ki, keçən həftə telefonuna «Bazarstore» adından belə bir ismarıc daxil olur ki, hər 30 manatlıq alış-verişin müqabilində müştəriyə 10 dəqiqəlik «Bakcell»in danışıq kartı verilir və hər 30 manatlıq alış-veriş «əsrarəngiz Tusi-Bohm Planetarium»a bir bilet qazandırır. Şikayətçi dia-az.life-a bildirir ki, amma 95 manatlıq alış-veriş etsə də, bunların heç birini əldə etməyib və kassirlər də bu barədə yalnız susmaqla reaksiya veriblər: «Bu da hamısı deyil. Alış-veriş zamanı yüngül ədyalın super-kartla (endirim kartı) qiymətinin 7 manat 95 qəpik olduğunu görüb alsam da, kassada mənə bu malın qiyməti 12 manat 45 qəpik olaraq hesablanıb. Bu da bir fırıldaq faktı». Şikayətçi dia-az.life-a onu da bildirib ki, hər iki faktla bağlı İqtisadiyyat və Sənaye nazirliyinin müvafiq idarəsinə şikayət etməyə hazırlaşır. Geri qayıt |