Əsas Səhifə > Sosial, Manşet > Sevinc Babayevanın sabiq gizli himayədarı indi də işçilərini təngə gətirib – Əbülfəs Qarayevin adamından narazılıq
Sevinc Babayevanın sabiq gizli himayədarı indi də işçilərini təngə gətirib – Əbülfəs Qarayevin adamından narazılıq7-05-2014, 09:33 |
DİA.AZ: - Bakı şəhərində fəaliyyət göstərən və Mədəniyyət-Turizm İdarəsinin tabeçiliyində olan müəssisə və idarələrin işçiləri üsyana qalxmağa hazırlaşır. Bu barədə DİA.AZ-a məlumat verən bir qrup mədəniyyət işçisi bildirib ki, onlar bu sahəni bazara çevirmiş Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əlindən beziblər. Onu da bildirək ki, Əlikram Əliyev zamanında Sevinc Babayevanın da himayədarı kimi tanınmışdı. O, Sevinc Babayevanın ki, keçmiş ABU rektoru Elşad Abdullayevin yaratdığı qalmaqalın fonunda müəmmalı şəkildə dünyasını dəyişdi. Şikayətçilər dia-az.life-a açıqlamalarında vurğulayırlar ki, artıq işləmək mümkün deyil. Onların sözlərinə görə, yüzlərlə müdir və işçi pul yığılması və bu kimi işlərdən beziblər. Ayda 170 manat əmək haqqı alan işçilərdən hər ay plan adı ilə pul tələb olunur ki, bu da hamının canını boğazına yığıb. «Hətta məcbur olub kredit götürməli olmuşuq. Hamını bezdirib bu adam. Kitabxana binaları müxtəlif adlar altında ya bağlanır, ya da satılır. Etiraz edənləri isə işdən çıxarırlar.Özü də məcbur edirlər ki, könüllü şəkildə işdən getdiyinə dair ərizə yazsın. Son olaraq isə “Gül bayramı” ilə əlaqədar pul yığırlar. Biz başa düşə bilmirik ki, dövlətin keçirdiyi tədbirə, dövlətin vəsait ayırdığı tədbirə bizdən niyə pul yığsınlar». Edilən şikayətlərə rəğmən onların dərdini dinləyən olmadığını bildirən mədəniyyət işçiləri bu şəkildə davam etməyin mümkün olmadığını söyləyirlər. Onlar qeyd edirlər ki, Əlikram Əliyev ümumiyyətlə, onları saymır və bu səbəbdən də kimsə ilə yaranmış vəziyyətlə bağlı danışmaq fikrində deyil. Şikayətçilər isə vurğulayırlar ki, əgər bu şəkildə davam edərləsə, onlar etiraz əlaməti olaraq yürüşə çıxacaqlar. Onların sözlərinə görə, hər ay aldıqları əmək haqları ilə uşaqlarını dolandırmaq dərdindəykən, onu Ə.Əliyevə vermək niyyətləri yoxdur. Geri qayıt |