Əsas Səhifə > Sosial, Güney Press, Manşet > Salyan sakini Kəmaləddin Heydərova şikayət ərizəsi ilə müraciət etdi
Salyan sakini Kəmaləddin Heydərova şikayət ərizəsi ilə müraciət etdi21-05-2014, 15:33 |
DİA.AZ: - Salyan şəhəri, M. Rəsulzadə küçəsi, ev 19 ünvanında yaşayan Bağırov Təbriz Sabir oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova şikayət edib. DİA.AZ bildirir ki, surətini infom.az-a yolladığı həmin müraciətində narazı vətəndaş ümumi sahəsi120 kv. m olan, çiy kərpicdən tikilmiş evin 2010-cu ildə baş verən təbii fəlakət nəticəsində yararsız hala düşdüyünü, lakin indiyədək onlara dövlət yardımı göstərilmədiyini bildirir. Şikayətçinin sözlərinə görə, evdə yaşamaq mümkün olmadığından, o vaxtdan bəri dörd nəfərdən ibarət ailə həyətdəki avtomabil qarajına yığışıb, lakin bu günədək onlara dövlət yardımı göstərilməyib: “Qəzalı vəziyyətdə olan evə rayonun İcra Hakimiyyəti nümayəndələri, habelə tərkibində FHN əməkdaşlarının da olduğu komissiya bir neçə dəfə baxış keçirib. Bunun bir nəticəsi olmadığını görüb, Şirvan İnzibati-İqtisad Məhkəməsində FHN-ə qarşı iddia qaldırmışam. Baş verənlərlə əlaqdar bir neçə dəfə məhkəmə iclası keçrilib və dinləmələrdə bizm haqlı olduğumuza dair qənaətə gəlinib. Lakin prosesi aparan məhkəmənin hakimi İxtiyar Abışov xeyrimizə qərar çıxarmağa cürət etmədi. O, ötən iln sentyabr ayında son iclasdan əvvəl FHN nümayəndəsiylə birgə bizi qəbul edərək təklif etdi ki, aranızda razılığa gəlin və məsələni özünüz həll edin. Elə hakimin yanında FHN-i təmsil edən hüquqşünas bildirdi ki, iddianı könüllü olaraq geri çəksəniz, evin bərpasına kömək edərik, ən azından kompensasiya ödəyərik. O vaxtdan 9 ay keçməsinə baxmayaraq, hələ ki, bir xəbər yoxdur. Dövlət adından qərar qəbul etmək və dövləti təmsil etmək səlahiyyətində olan şəxslərin fəlakət qurbanlarını, necə deyərlər, günün günorta çağı aldatmağı çox utancverici faktdır və bizdə dövlət orqanlarına olan etimadı azaldır. Odur ki Sizdən xahiş edirəm məsələni araşdıra, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən evimizin dövlət hesabına bərpa olunması üçün göstəriş verəsiniz.” Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |