Əsas Səhifə > Sosial, Manşet > Nurçuların Bakıda min hoqqadan çıxdıqlarını sübutlayan şok video yayıldı - Budurmu Fətullah Gülən əxlaqı?
Nurçuların Bakıda min hoqqadan çıxdıqlarını sübutlayan şok video yayıldı - Budurmu Fətullah Gülən əxlaqı?22-05-2014, 10:21 |
DİA.AZ: - Redaksiyamızın elektron poçtuna göndərilən bu videomaterialı ürəkağrısı ilə izləməmək qeyri-mümkündür. Anlaşılanı odur ki, 2012-ci ilin 26 oktyabr tarixində «youtube» kanalına yerləşdirilən bu videomaterialda bir azərbaycanlı xidmətçi qıza bir türkiyəli tərəfindən təcavüz olunur. Materialı DİA.AZ-a yollayan anonim qaynaq iddia edir ki, çəkiliş Bakıda aparılıb. Və bu çəkiliş Azərbaycanda biznes əlaqələri olan və Fətullah Gülən cameəsinə aid olan Sadəddin Ərsarı adlı bir Türkiyə vətəndaşı tərəfindən lentəə alınıb. Hər halda, bu gün özlərini dinə bağlı hesab edən nurçuların Bakıda bir xidmətçi qadınla bu şəkildə davranması ürəkağrıdan olmaqla yanaşı, həm də nurçuların əsl mahiyyətlərini də ortaya qoymuş olur. Məlumatı dia-az.life-a yollayan mənbə iddia edir ki, Bakıda çəkilən bu çəkilişdə xidmətçi qadın da könüllü kimi rəftar etsə belə, istənilən halda onun gizli şəkildə lentəə alınması və bu çəkilişin internet vasitəsi ilə yayılması bir insan olaraq haqqının tapdanmasıdır. Mənbə dia-az.life-a yazır: «Təbii ki, nurçuları nə insanlıq və nə də türklük maraqlandırmır. Hər halda, onların təcavüz etdikləri qadın bir Azərbaycan türküdür. Ən azından bunu nəzərə almalı idilər». Onu da bildirək ki, Sadəddin Ərsarı ilə bağlı bilgilər toplamağa çalışdıq və apardığımız araşdırmalardan aydın oldu ki, o, son olaraq iki ay əvvəl Azərbaycanda olub və hazırda Konyada yaşayır. Geri qayıt |