Əsas Səhifə > Sosial, Manşet > Qərb Azərbaycan məmurlarının bank hesablarını dondurmaqla hədələyir
Qərb Azərbaycan məmurlarının bank hesablarını dondurmaqla hədələyir23-05-2014, 11:13 |
DİA.AZ: - «Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin Bakıda keçirilən iclası Azərbaycan iqtidarı üçün imtahandır. Və rəsmi Bakı bununla həm də Qərblə Rusiya arasında seçimini etmək zorundadır. Artıq balanslaşdırılmış siyasət dönəmindən imtina tələbi həm Rusiya və həm də Qərb tərəfindən qoyulduğundan Azərbaycan iqtidarının seçimi ölkəmizə müəyyən problemlər yarada bilər». Bunu DİA.AZ-a hökumət içindəki mənbələr xəbər verib. Qaynağın iddialarına görə, Qərb ciddi şəkildə Bakını sıxmağa çalışır: «Azərbaycan hakimiyyəti isə qarşılıqlı olaraq Qərbi ittiham edir. Və Qərbə rəsmi Bakıdan səslənən əsas iradlar Qarabağ probleminin həlli ilə bağlıdır. Əslində Azərbaycanın bir dövlət olaraq burada qəti seçim etməsi imkansızdır. Amma Qərb dairələri xüsusi olaraq bu seçim tələbini qoyurlar. Və onların əsas təzyiqləri Azərbaycanın beynəlxalq layihələrdən təcridi və Azərbaycan məmurlarının xarici banklardakı pulları ilə bağlı olduğundan bu məsələlər əvvəllər daha çox bağlı qapılar arxasında müzakirə olunurdu. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin Bakıda keçirilən iclası isə artıq bütün müzakirələrin açıq müstəviyə keçidi anlamını daşımış oldu. Yəni artıq tərəflər bir-birilərinə ictimaiyyət qarşısında fikirlərini çatdırırlar. Bunda Qərb maraqlıdır. Qərb siyasi məhbus, habelə İran və Rusiya mövzusunda Azərbaycana şərtlərini irəli sürür. Azərbaycan isə bütün bunlarda sırf dövlət maraqlarına uyğun prinsiplərini nümayiş etdirir». «Nə baş verə bilər» sualının cavabında mənbəmiz bildirdi ki, rəsmi Bakı ənənəvi mövqeyini qoruya biləcək: «Doğrudur, təzyiqlər olacaq. Amma bu təzyiqlərin məmurlarımızın bank hesablarına qadağa və yaxud da Azərbaycanın iri layihələrdən çıxdaş edilməsinə qədər inkişaf edəcəyi gözlənilən deyil. Bundan daha çox itirəni Qərb ola bilər. Çünki Azərbaycan neftini satmaqla pula yanaşı, həm də təzyiq rıçağı əldə edib». Geri qayıt |