Əsas Səhifə > Sosial, Manşet > Eldar Əzizovun Azərbaycan tarixinə vurduğu böyük zərbənin acı izləri

Eldar Əzizovun Azərbaycan tarixinə vurduğu böyük zərbənin acı izləri


30-05-2014, 11:07
Eldar Əzizovun Azərbaycan tarixinə vurduğu böyük zərbənin acı izləri
DİA.AZ: - Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun məsələsi Prezident Administrasiyasında müzakirə olunub. Bununla bağlı DİA.AZ-a verilən informasiyaya görə, Eldar Əzizov da Sumqayıt şəhərinə dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsində yeyintiyə yol verməsi nədəniylə ittiham hədəfinə çevrilib.

Məlumatı dia-az.life-a verən qaynağın bildirdiyinə görə, bir zamanlar Bakı meri postu uğrunda savaşan və hətta bəzi dönəmlərdə bu arzusuna çatacaq kimi görünən Eldar Əzizov indi ən çətin günlərini yaşayır.

Mənbə bu arada maraqlı bir məlumatı da açıqladı: «Əslində Eldar Əzizovu hədəfə çevirən Sumqayıtdakı yox, Gəncədəki fəaliyyətidir. Gəncə şəhər İH başçısı postunu tutarkən Eldar Əzizovun göstərişi ilə qədim Gəncə şəhərinin 43 tarixi kəhrizi məhz Eldar Əzizovun göstərişi ilə darmadağın edilib və həmin ərazilərdə qanunsuz olaraq inşaat işləri aparılıb».

Eldar Əzizovun Azərbaycan tarixinə vurduğu böyük zərbənin acı izləri
Eldar Əzizovun Azərbaycan tarixinə vurduğu böyük zərbənin acı izləri

Mənbəmiz iddia edir ki, bu iddiaları Azərbaycan MEA-nın Tarix İnstitutunun tanınmış simalarından biri bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb və Eldar Əzizovun Azərbaycan tarixinə vurduğu zərərlə bağlı təfsilatı ilə məlumatları dövlət başçısının diqqətinə çatdırıb.

Mənbənin söylədikləri: «Artıq bu hadisə ilə əlaqədar xüsusi heyət yaradılır. Həmin heyətə tarixçilər də daxildir və heyət Gəncədə araşdırma aparacaq. Hətta ola bilər ki, bu araşdırmaların nəticələrinə görə, Eldar Əzizova cinayət işi də açılsın».

Qeyd edək ki, prezident İlham Əliyev hər zaman tarixi abidələrə qarşı xüsusi həssaslıq nümayiş etdirməsi ilə diqqətə gəlib. Və hətta zamanında Tiflisdə girov tutulan Gəncənin tarixi qədim qapılarını belə Azərbaycana qaytarmağa cəhd göstərmişdi.

İndi düşünmək olar ki, nə yaxşı gürcülər Eldar Əzizovun dönəmində həmin qapıları qaytarmaqdan imtina etdilər. Yəqin hazırda Sumqayıta rəhbərlik edən bu adam həmin tarixi qapıları əritdirib, armatur sexlərinə vermişdi…

Geri qayıt