Əsas Səhifə > Sosial, Manşet > Hakimiyyət parlament seçkilərilə bağlı siyasətinə əl gəzdirib

Hakimiyyət parlament seçkilərilə bağlı siyasətinə əl gəzdirib


9-06-2014, 11:14
Hakimiyyət parlament seçkilərilə bağlı siyasətinə əl gəzdirib
DİA.AZ: - «Biznesmen deputatlar növbəti parlament seçkisində «za bortom» qalacaqlar. Onların demək olar ki, heç birinə mandat verilməyəcək». Bu ilginc məlumatı gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərilə bağlı durumu dəyərləndirən iqtidar içindəki məlumatlı mənbə DİA.AZ-a bildirib.

Qaynaq iddia edir ki, ümumiyyətlə, 2015-ci ilin parlament seçkiləri əvvəlki seçkilərdən fərqlənəcək: «Hakimiyyət daxilində təmərküzləşmə prosesi gələnilki seçkilərdə özünü daha çox biruzə verəcək. Nəinki biznesmen deputatlar, eləcə də rektor deputatların da əksəriyyətinə şans tanınmayacaq».

Xatırladaq ki, biznesmen deputatlarla bağlı problemi xeyli müddət əvvəl Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov da qaldırmışdı və hətta dövlət başçısına belə müraciət ünvanladı.

DİA.AZ bildirir ki, eyni qaydada rektor-deputatların məsələsi də bir problem kimi dəfələrlə ictimailəşib. Və bu günlərdə həmin deputatlardan biri - Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev açıq şəkildə növbəti ildə deputat olmayacağını hiss etdirmişdi. Belə ki, «2 dəfə deputat olmuşam, bəsimdir» deyən rektor əslində bir daha mandat almayacağını və bunun hakimiyyətin dəyişən siyasəti ilə əlaqədar olduğunu çox güman yaxşı bilir.

Məlumatlı mənbə dia-az.life-a onu da bildirib ki, dünənə qədər Milli Məclisin heyətində «kolorid yaratma» siyasəti də növbəti seçki ilində fərqli formada təzahür oluna bilər: «Artıq cib müxalifətinə «stavka» məsələsi gündəmdən çıxır. Ola bilsin ki, bu cür partiyalara birləşmə təklifi edilsin. Onun əvəzində isə birləşmiş partiyaların nümayəndələrinə parlamentdə ciddi sayda yer verilə bilər».

Geri qayıt