Əsas Səhifə > Sosial, Manşet > Salyan YPX-sindən gələn cərimə bildirişi aləmi bir-birnə vurdu

Salyan YPX-sindən gələn cərimə bildirişi aləmi bir-birnə vurdu


19-06-2014, 10:20
Salyan YPX-sindən gələn cərimə bildirişi aləmi bir-birnə vurdu
DİA.AZ: - Redaksiyamıza üst-başı toz-torpağa, mazuta bulaşmış bir kişi gələrək, Salyan YPX-sinin rəisi Eldəniz İmamyarovdan şikayətləndi. Səbəbini soruşduqda cibindən bir zərf çıxararaq “hamısı orada yazılıb” dedi.

Salyan rayonunun Ərabqardaşbəyli kənd sakini, mexanizator Səlim Hüseyinov barədə MMX seriyalı, 416767 saylı inzibati xəta haqqında pratokol tərtib olunub. Xəta isə ondan ibarətdir ki, adam idarə etdiyi kombaynla müəyyən olunmuş sürət həddini aşıb və radar qurğuları bunu qeydə alıb.

Əvvəl elə fikirləşdik ki, YPX əməkdaşları radar qurğularını taxıl zəmilərində qurubmuş. Və Salyan sakini də həm zəmidə başqa nəqliyyat vasitələrinin olmamağından istifadə edib, həm də vərinin qabağa getməsi üçün nəhəng texnikanın qazını basıb.

Amma dərhal da düşündük ki, başqa şəxslərə təhlükə yaratmırsa bu adam niyə izlənməliydi?

Bir də ki, avtomobil yolları kimi məgər zəmidə də sürət həddi müəyyən olunurmu?..

Sənədə baxanda isə gördük məsələ biz düşündüyümüz kimi olmayıb. Hadisə həqiqətən magistral yolda baş verib.

Sürət həddini aşmaqda 52 BG 864 dövlət qeydiyyat nömrə nişanlı “Hunday-Santafe” sahibi Rüfət İsmaylov təqsirləndirilir.

Protokolda qeyd olunur ki, həmin avtomobil Baki-Qazax magistral yolunda 78km/saat –la radara düşüb. Qeyd olunan yolda sürət həddi 90-110 arası müəyyən olunmağı qalsın bir yana, tamamilə başqa şəxsə aid bildirişin biçarə mexanizatora göndərilməyi və bundan sonra baş verənlər təəccüb doğurur.

Salyan YPX-sinin rəisi Elədniz İmamayarovun imzasıyla pratakola əlavə edilmiş məktubda Səlim Hüseynov polis idarəsinə dəvət olunub.

Adam gedib və YPX əmakdaşlarına texniki səhvə yol verdiklərini anlatmaq istəyib. “Bildirdilər ki, “Hunday-Santafe” sənin deyilsə belə, hər halda kombaynın var, gündə 200 manat qazanırsan, axşam evə “xırman payı” da aparırsan. Bu qədər vaxtda biz tərəfə baxmadığından evinə məktub yollamışıq. Düz və yaxud da səhv, ödə, sonra araşdırarıq.Verməsən kombaynla yola çıxma. Bizə məlumat da daxil olub ki, sən çöldə piyvə içirsən, gözümüzə görünsən, vay halına- texnikanı cərmə meydançasına gətirəcəyik.”

Səlim deyir ki, narahatlığı texnika ilə bağlı deyil: “Kombayn özümün deyil, “Aqroservis”indi: Onsuz da ondan bir xeyir götürmürəm, qazancını da üstünə qoyuram. Qorxum odur ki, biçinin qızğın çağı kombayn çatışmayan bir vaxtda YPX əməkdaşları bunu əlimdən alar. Mən əhaliyə vəd vermişəm, bəzilərindən beh almaşam. İndi bir sahədən o birnə qorxa-qorxa, Allaha yalvara-yalvara keçirəm ki, yol polisi ilə rastlaşmayım. Amanın gunüdür, məni bu bəladan qurtarın, camaatın yanında üzüqara qalmayım.” \\ infom.az \\


Geri qayıt